Bank Of Baku

Əbülfəs Qarayev AŞ baş katibi müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev AŞ baş katibi müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 30 oktyabr 2012 15:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası (AŞ) baş katibinin müavini Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə baş katibin müavini ilə yanaşı, AŞ-ın Siyasi məsləhət üzrə direktoru Aleksandr Qessel, Proqramlar üzrə baş direktorun ofisinin təmsilçisi Verena Teylor, Baş katibin müşaviri Adrian Evtuhovitsi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və Xarici İşlər Nazirliyinin əməkdaşı Pərviz Rüstəmov iştirak ediblər. Görüş zamanı Azərbaycanla AŞ arasındakı mədəniyyət sahəsində əməkdaşlıq, Azərbaycanın AŞ-ın mədəniyyət layihələrində fəal iştirakı, mədəniyyətlərarası dialoq üzrə Azərbaycanın təşəbbüsləri və digər məsələlər ətrafında müzakirələr aparılıb, mədəniyyət siyasətinin təkmilləşdirilməsində Avropa təcrübəsinin tətbiqi və Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" layihəsinin Azərbaycanda həyata keçirilməsi barədə ümumi razılıq ifadə olunub. Bununla yanaşı, 2008-ci il 2-3 dekabrda Bakıda "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda AŞ-na üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının yüksək səviyyədə təşkili olunması və bu tədbirin təşkilində Avropa Şurasının dəstəyi, eyni zamanda bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi"nin qəbul edilməsi, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsasının qoyulması bir daha diqqətə çatdırılıb.
7-9 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, AŞ, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədinin mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq olduğu xüsusilə vurğulanıb. Görüşdə nazir Ə.Qarayev Battaini-Draqoninin AŞ-ın mədəniyyətlərarası dialoq üzrə koordinatoru olduğu müddətdə Azərbaycanla AŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və bu sahədə əldə olunmuş uğur və nailiyyətlərə görə qarşı tərəfə öz minnətdarlığını bildirmiş, belə əhəmiyyətli nəticələrin bundan sonra da davamlı olacağına ümidini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR