Bank Of Baku

İdarə rəisi: “İçərişəhərdə aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”

İdarə rəisi: “İçərişəhərdə aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”
# 23 yanvar 2020 11:55 (UTC +04:00)

 
“2016-cı ilə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”. 
 
APA-nın məlumatına görə,  bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
 
Ə. Ələkbərov deyib ki, Qoşa Qala qapısının bərpası və restavrasiyası da keçən ilin oktyabrında tamamlanıb: “Böyük Qala 5, 3 ünvanında yerləşən binaların bərpa və restavrasiyası 2018-ci ildə başlanıb, bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Həmin binalarda 17 ailə yaşayır”.
 
Ə. Ələkbərov nəzərə çatdırıb ki, Qoruq ərazisində 104 mənzildə təmir-bərpa işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR