Bank Of Baku

Amerikalı aktyor Seymur Kassel vəfat edib

Amerikalı aktyor Seymur Kassel vəfat edib
# 09 aprel 2019 10:25 (UTC +04:00)

Amerikalı aktyor Seymur Kassel vəfat edib.

ONA Rusiya mətbuatına istinadən məlumat verir ki, 84 yaşlı aktyor Los-Ancelesdə dünyasını dəyişib.

Onun Altsheymer xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

S. Kassel Con Kassavetsin 1968-ci ildə çəkdiyi “Üzlər” filmindəki rolundan sonra məşhurlaşıb. O, bu filmdəki roluna görə ikinci dərəcəli aktyor nominasiyasında “Oskar”a layiq görülüb. 

Seymur Kassel 190-dan çox filmdə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR