“Azərbaycan bu gün qalib ordunun bayramını qeyd edir. Biz tarixi günlər yaşayırıq. Buna görə Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuza təşəkkür edirik”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov Vətən Müharibəsinə həsr olunan “Biz” tarixi-sənədli filminin təqdimatında deyib.
O bildirib ki, indi Azərbaycan qalib Azərbaycandır, bundan sonra da belə olacaq: “Bizim borcumuzdur ki, bu qəhrəmanlıq salnaməsini yeni nəsillərə ötürək”.