Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başlayıb.
APA xəbər verir ki, tədbirdə ölkənin tanınmış ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları iştirak edir.
Forumun ikinci günündə teatr və kinonun ədəbiyyatla əlaqəsinə, həmçinin Azərbaycanda uşaq ədəbiyyatının hazırkı durumuna dair panel müzakirələri olacaq.