Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
APA xəbər verir ki, o, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib.
Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib.
Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.
***
12:15
Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisində 206 nəfər ittifaq üzvü səs verəcək.
APA xəbər verir ki, bunu sədr səkahiyyətlərini müvəqqəti icra edən Xalq artisti Şəfiqə Məmmədova deyib.
O, seçki konfransını idarə etmək üçün sözü Əməkdar jurnalist Akif Əliyə verib.
***
11:54
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir.
APA xəbər verir ki, konfransda AKİ-nin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.
Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.