Bank Of Baku

Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib

Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib
# 13 noyabr 2023 20:00 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

İclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR