Bank Of Baku

Bakıda İpək yoluna həsr olunmuş konfrans keçirilib - FOTO

Bakıda İpək yoluna həsr olunmuş konfrans keçirilib - FOTO
# 23 oktyabr 2023 16:26 (UTC +04:00)

Bakıda “İpək Yolu Volqa-Xəzər Dəhlizi Birinci İllik Subregional” adlı konfransın açılış tədbiri keçirilib.

APA xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın təşkil olunmasının məqsədi “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”nın işçi qrupunun bir hissəsi olan milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertləri, Ümumdünya İrs Mərkəzi, Teikyo Universiteti (Yaponiya), London Universitet Kolleci (Böyük Britaniya) və IICAS-ı (Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu) bir araya gətirməkdir.

Tədbirdə ölkəmizlə yanaşı Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak ediblər.

Çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Volqa-Xəzər Dəhlizi İlə bağlı konfransların uğurlu olacağına inandığını bildirib.

Qeyri-maddi obyektlərin İpək yolu üzərində mövcud olduğunu deyən nazir müavini Azərbaycanın bu layihələrdə çox fəal olduğunu qeyd edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da belə bir tədbirə Bakının ev sahibliyi etməsinin vacibliyinə toxunub.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov isə Ermənistanın işğal dövründə Azərbaycanın yüzlərlə tarixi, mədəni irsini yox etmək istədiyini qeyd edib.

Katib bu faktı mədəni genosid adlandırıb.

Tədbirdə digər çıxış edənlər Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin Asiya və Sakit Okean Bölməsi üzrə Layihə Mütəxəssisi, professor Roland Lin İpək yolu üzərində olan şəhərlərin tarixindən, mədəni irsin qorunması və tanıdılması istiqamətindəki işlərdən danışıblar.

İngiltərədən olan qonaq Tim Uilliams tədbirin yüksək səviyyədə keçirilməsini xüsusilə qeyd edib: "Hesab edirəm ki, tədbir tarixi-mədəni baxımdan faydalı olacaqdır".

Qazaxıstandan olan qonaq Baytanayev Bauryzhan da, öz növbəsində, tədbirin yüksək səviyyəli olmasına diqqət çəkib: "Tarixi İpək yolu üzərində olan ölkələrin mədəni irsinin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək".

Çıxışlar bitdikdən sonra plenar sessiyalarla konfrans öz işini davam etdirib.

Qeyd edək ki, konfrans sabah yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR