COPAT: Azərbaycan musiqi sahəsində piratçılıqla bağlı qara siyahıdan çıxıb

COPAT: Azərbaycan musiqi sahəsində piratçılıqla bağlı qara siyahıdan çıxıb
# 30 noyabr 2023 11:03 (UTC +04:00)

Əqli Mülkiyyət Agentliyi digər aidiyyəti dövlət qurumları ilə birgə piratçılığın qarşısının alınması üçün müntəzəm iş aparır.

APA xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin (COAT) aparat rəhbəri Xudayat Həsənli Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində "Mədəniyyət və yaradıcı səneyelər: milli pirioritet kimi" adlı panel sessiya zamanı deyib.

Aparat rəhbəri musiqi sahəsində Azərbaycanın bir neçə il bundan əvvəl piratçılıqla bağlı qara siyahıda olduğunu deyib: "Hazırda biz bu siyahıdan çıxmışıq. Yəni artıq bu göstərici 25 faizə qədər düşürülüb və 30 faizlik göstəriciyə heç vaxt qalxmır. Bütün bunlar əlavə iqtisadi gəlir deməkdir".

Xudayət Həsənli bu yöndə hər kəsin öz hüququnu bilməsinin vacibliyini qeyd edib: "Və hər kəs maarifləndirmə prosesində fəal iştirak etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR