Bank Of Baku

Şəmkir sakini qadını qətlə yetirib, daha sonra özünü öldürüb - FOTO - YENİLƏNİB-1

Şəmkir sakini qadını qətlə yetirib, daha sonra özünü öldürüb  - FOTO  - YENİLƏNİB-1
# 17 noyabr 2026 09:48 (UTC +04:00)

Şəmkirdə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1968-ci il təvəllüdlü R.Mustafayevlə onunla birgə yaşayan 1986-cı il təvəllüdlü Y.Süleymanovanın arasında mübahisə baş verib.

Bu zaman kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın hadisə yerində ölüb. R.Mustafayev qadın öləndən sonra özünə kəcisi alətlə xəsarət yetirib. O da hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb.

***

01.14

Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə gediblər.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının APA-ya bildirdiyinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.



***
21:23

Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, evlərin birində kişi və qadının meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Meyitləri aşkarlanan şəxslərin kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR