BMT-nin Qərbi Saharada Referendumun Keçirilməsi üzrə Missiyasının (MINURSO) əməkdaşlarının bölgədən çıxarılmasına başlanılıb.
“Hespress” xəbər portalının məlumatına görə, BMT Təhlükəsizlik Şurasının oktyabrın sonunda mandatını uzada bilmədiyi missiyanın ilk əməkdaş qrupu regionu tərk edib.
Bildirilib ki, əməkdaşların təxliyəsinə bazar ertəsi axşam saatlarında Əl-Ayun şəhərində yerləşən I Həsən Beynəlxalq Hava Limanından başlanılıb.
İlk mərhələdə missiyanın beş hərbi əməkdaşı təyyarə ilə Əl-Ayundan yola düşüb.
Məlumata görə, qalan əməkdaşların da yaxın günlərdə müəyyən edilmiş qrafik əsasında mərhələli şəkildə bölgədən çıxarılması planlaşdırılır.
Missiyanın bütün əməkdaşlarının regionu nə vaxt tərk edəcəyi barədə əlavə məlumat verilməyib.