Marneulidə Aşıq Kamandarın ev muzeyinin açılışı olub

Marneulidə Aşıq Kamandarın ev muzeyinin açılışı olub
# 08 iyul 2021 16:49 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın (Kamandar Əfəndiyev) ev muzeyinin restavrasiyadan sonra açılışı olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, muzeyin açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Kaxa Sixarulidze, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları, azərbaycanlı ictimai xadimlər iştirak edib.

Tədbirdə qeyd olunub ki, ev muzeyi TİKA-nın Gürcüstan nümayəndəliyi tərəfindən Avropa muzeyləri standartlarına uyğun təmir edilib.

Təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.

Xatırladaq ki, Aşıq Kamandarın ev muzeyinə 2017-ci ildə dövlət statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR