Bank Of Baku

Mübariz Qurbanlı: Qərbi Azərbaycandakı abidələri daha detallı araşdırmağa nail olacağıq

Mübariz Qurbanlı: Qərbi Azərbaycandakı abidələri daha detallı araşdırmağa nail olacağıq
# 06 noyabr 2023 10:50 (UTC +04:00)

“Biz ermənilərlə, eləcə də başqaları ilə təkcə hərb cəbhəsində üz-üzə deyilik, bu baxımdan, digər sahələrdə bizimlə təhdidlə danışanlarla mübarizədə alimlərimizin qələmi süngüyə çevrilməlidir”.

APA xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitabın II cildinin təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Tarixdə bütün məsələlər konkret faktlara əsaslanır və əsaslanmalıdır. Qərbi Azərbaycanda Azərbaycana aid olan abidələrin heç birində erməni izi yoxdur. Hələlik biz o torpaqlardan uzaqdayıq, indi həmin tarixə, bir növ, kənardan müşahidəçi qismindəyik. Amma oraya qayıdacağıq və daha detallı araşdırmalara nail olacağıq", - komitə sədri əlavə edib.

Mübariz Qurbanlı deyib ki, bu kitab qısa mülahizələrlə çap edilməli, internet versiyası yaradılmalı, hamı üçün əlçatan olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR