Bank Of Baku

Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub

Ramil Qasımov

© APA | Ramil Qasımov

# 23 noyabr 2023 14:40 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR