Rüfət Həsənov Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edilib - EKSKLÜZİV

Rüfət Həsənov Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edilib - EKSKLÜZİV
# 11 sentyabr 2023 12:04 (UTC +04:00)

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR