Bank Of Baku

Rusiyalı baletmeyster: Azərbaycan bir çox Avropa ölkəsindən üstündür

Rusiyalı baletmeyster: Azərbaycan bir çox Avropa ölkəsindən üstündür
# 30 oktyabr 2023 14:55 (UTC +04:00)

Azərbaycanda layiqli, yüksək keyfiyyətli bəstəkarlıq ənənəsi var, bunun əsasında Azərbaycan xoreoqrafiyası inkişaf etməlidir.

APA xəbər verir ki, bunu rusiyalı baletmeyster, Rusiyanın əməkdar artisti Ruslan Pronin Bakıda keçirilən Musiqi Forumunda deyib.

Ruslan Pronin gənc xoreoqraflara bu istiqamətdə şans verilməli olduğunu bildirib: "Qastrollar, fərqli festivallarda iştirak etmək həm də Azərbaycan musiqisinin təbliğ edilməsi deməkdir. Məsələn, Arif Məlikov adı Rusiyada doğma sənətçi kimi qəbul edilir, bu adi fakt deyil".

Rusiyalı baletmeysterin sözlərinə görə, bəzən festivallarda Bakı şəhəri haqqında dolğun məlumatın olmadığı diqqət çəkir: "Məndən soruşurlar ki, Bakı şəhəri haradadır, orada balet varmı? Amma gəlin baxaq, Azərbaycan klassiklərinin əsərləri zamanında sübut edirdi ki, Azərbaycan məhz bu istiqamətdə bir çox Avropa ölkəsindən də üstündür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR