Şamaxının gələcəkdə ədiblər yurdu kimi UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunacaq.
APA xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda mədəniyyət naziri Adil Kərimli deyib.
"Ona görə də forumun açılışının Şamaxıda olması təsadüfü sayılmamaılıdır", - nazir əlavə edib.
Nazir deyib ki, Mehriban Əliyevanın himayəsi ilə Heydər Əliyev Fondu Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, tərcümə olunması istiqamətində böyük işlər görüb və görülməkdədir:
"Forum çərçivəsində nəşriyyat işinin təşkili məsələlərinə də toxunulacaq, zəruri mövzular müzakirə ediləcək".