Bank Of Baku

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verilib

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verilib
# 24 iyul 2019 14:17 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR