Bank Of Baku

Uşaq İncəsənət Festivalında iştirak edənlər barədə baza yaradılacaq - FOTO

Uşaq İncəsənət Festivalında iştirak edənlər barədə baza yaradılacaq - FOTO
# 13 noyabr 2023 12:30 (UTC +04:00)

Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova festivalın müstəqillik dövrümüzün ən böyük layihələrindən biri olduğunu deyib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Əli Nuriyev müraciət edən 27 minə yaxın iştirakçının hər biri haqqında olan məlumatları gələcəkdə baza kimi istifadə etmək imkanlarından danışıb.

Nümayəndə qalib olmayan iştirakçıların gələcəkdə də müraciət edə biləcəklərini əlavə edib.

Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri Elnur Əliyev isə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi ilə həyata keçirilən layihənin ortaq iş kimi uğurlu olduğunu diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin Strateji İnkişaf sektorunun müdiri Elgün Əliyev də, öz növbəsində, festivala marağın geniş olmasından, həm Bakı, həm də regionlarda həyata keçirilməsindən danışıb.

Yekunda jurnalistlərin sualları cavablandırılıb.

APA-nın qalib iştirakçıların sonrakı aqibəti ilə bağlı sualına cavab olaraq bildirilib ki, həmin iştirakçılara nazirliyin bundan sonrakı tədbirlərində və digər bu kimi məqamlarda müraciət ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR