Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda qeyd olunub ki, Xuraman Əkrəm qızı Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.