Bank Of Baku

"Baku Guide" bələdçi kataloqunun növbəti sayı çap olunub - FOTO

"Baku Guide" bələdçi kataloqunun növbəti sayı çap olunub - <span style="color: red;">FOTO
# 04 oktyabr 2014 13:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun oktyabr sayı işıq üzü görüb. Nazirlikdən APA-ya verilən məlumata görə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr oxuculara müxtəlif materiallar təqdim edir.

 

Şəhər sakinləri kataloqun budəfəki sayında teatr və konsert müəssisələrinin oktyabr ayı üçün repertuarı, ənənəvi Bakı Caz Festivalının konsert proqramları, habelə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar əldə edə, Qobustan, Atəşgah məbədi, Qala etnoqrafik qoruğu haqqında yazılarla tanış ola bilərlər.

 

Nəşrdə Azərbaycanda şəbəkə sənəti, milli geyim, milli mətbəx, kənd turizmi haqqında qısa, illüstrativ tanıtım məqalələri verilib.

 

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar cavablandırılıb. Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR