Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın İsveçrədəki səfirliyi Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə pianoçu Şahin Növrəslinin konsertini təşkil edəcək.
Səfirlikdən APA-ya verilən məlumata görə, konsert 4-8 oktyabr tarixlərində Berndə keçiriləcək.
Ş. Növrəsli hər gecə 2 müxtəlif konsert proqramı olmaqla, 5 gün müddətində İsveçrə cazsevərlərini Azərbaycan musiqisi ilə tanış edəcək. Konsertlər zamanı tamaşaçılara milli mətbəx nümunələri və Azərbaycan şərabları təqdim olunacaq. Tədbirdə Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən musiqi diskləri paylanacaq.