Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Belarus Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi sahəsində monitorinq aparmaq üçün Belarusa ezam olunub.
Fonddan APA-ya verilən məlumata görə, icraçı direktor monitorinq zamanı tələbələrlə bir sıra görüşlər keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn artıq bir sıra yerli və xarici universitetlərdə tədris edilir. Layihənin davamlılığını təmin etmək, tədrisin keyfiyyətinə fəal nəzarət mexanizmini qurmaq, müəllimlərin fərdi öhdəliklərini yoxlamaq məqsədi ilə mərkəzin müəyyən etdiyi şəxslər monitorinq prosesinə cəlb olunur. Artıq bir neçə universitetdə monitorinqlərə başlanıb.