Bank Of Baku

BMT nümayəndəsi: “Azərbaycan dünyada dialoq və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə hər zaman sadiq qalıb"

BMT nümayəndəsi: “Azərbaycan dünyada dialoq və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə hər zaman sadiq qalıb"
# 22 aprel 2016 17:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Azərbaycan mədəniyyətlərarası inteqrasiya yolu ilə dünyada dialoqun və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə hər zaman sadiq qalıb".

 
APA-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri Muzey Mərkəzində keçirilən sərgidə jurnalistlərin sualına cavabında bildirib. O deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən məmnundur: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edir və biz bunu yüksək qiymətləndiririk. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişaf etdirilməsi kimi vacib bir işə mühüm töhfə verir".
    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR