Bank Of Baku

Əbülfəs Qarayev UNESCO Baş Konfransının prezidenti ilə görüşüb

Əbülfəs Qarayev UNESCO Baş Konfransının prezidenti ilə görüşüb
# 22 aprel 2015 08:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Baş Konfransının prezidenti Hao Pinglə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı vəziyyəti və Baş Konfransın UNESCO-nun fəaliyyətində rolu barədə müzakirələr aparılıb.

 

Ə. Qarayev UNESCO çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər barədə məlumat verərək 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığı ilə təşkil olunacaq sessiyalar və iclasların proqramda xüsusi yer tutacağını bildirib.

 

Nazir Baş Konfrans zamanı müasir dünyada mədəniyyətlərarası dialoq prosesləri mövzusunda müzakirələrin aparılması və üzv ölkələrin belə məsələlərə önəm verməsi üçün çağırışlar edilməsinin vacibliyini vurğulayıb.

 

Hao Ping qeyd olunan amillərin nəzərə alınacağını bildirib və forumun işinə uğurlar arzulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR