Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Londonda qastrol səfərində olacaq

Gənc Tamaşaçılar Teatrı Londonda qastrol səfərində olacaq
# 29 aprel 2016 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-dən iyunun 2-dək Londonda qastrol səfərində iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.

 

2009-cu ildə xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərdə nümayəndə heyətinə nazirliyin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR