Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının direktoru və teatrın baş redaktoru Səməd Vurğun mükafatına layiq görülüblər

Gənc Tamaşaçılar Teatrının direktoru və teatrın baş redaktoru Səməd Vurğun mükafatına layiq görülüblər
# 01 may 2015 07:11 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova Səməd Vurğun mükafatına layiq görülüblər. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şairin ev-muzeyində keçirilən təqdimat mərasimində ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları iştirak ediblər.

 

M. Həmidov və S. İsmayılova mükafata Səməd Vurğunun yaradıcılığına münasibəti, şairin ev muzeyində keçirilən tədbirlərə dəstəklərinə görə layiq görülüblər.

 

Qeyd edək ki, mükafatın təsis edilməsinin əsas məqsədi ədəbi irsin öyrənilməsi, ədəbiyyat tarixinin araşdırılmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR