Bank Of Baku

Kaliforniya parlamentinin spikeri: “Azərbaycan füsunkar mədəniyyətə malik ölkədir” - FOTOSESSİYA

Kaliforniya parlamentinin spikeri: “Azərbaycan füsunkar mədəniyyətə malik ölkədir”  - <span style="color: red;">FOTOSESSİYA
# 09 oktyabr 2014 08:11 (UTC +04:00)

Bakı - APA. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” baletinin oktyabrın 11-də ABŞ-ın San Dieqo şəhərində tamaşaya qoyulması münasibətilə Kaliforniya qanunverici orqanının alt palatası olan Ştat Assambleyasının spikeri Toni Atkins qətnamə imzalayıb.

 

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, qətnamədə baş konsulluğun təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi Gözəl” baletinin ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsi kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın böyük şairi Nizami Gəncəvi və dahi bəstəkarı Qara Qarayevdən bəhs edilərək, “Yeddi Gözəl” baletində güclü poetik və musiqi vəhdətinin olduğu qeyd olunur, əsərdə multikulturalizmin və tolerantlığın tərənnümü, etnik müxtəlifliyin təntənəsi kimi keyfiyyətlərin nümayiş etdirildiyi vurğulanır.

 

Qətnamədə “Yeddi Gözəl” baletinin 1952-ci ildə Q.Qarayev tərəfindən bəstələndikdən sonra tarixdə ilk dəfə ABŞ-ın böyük səhnəsində tamaşaya qoyulduğu bildirilir: “ABŞ və Azərbaycan arasında münasibətlər 20 ildən çoxdur ki, davam edir. Bu münasibətlər iki ölkə arasında qarşılıqlı mənafelərə, faydalı tərəfdaşlığa yönəlik hədəfləri əhatə edir. Azərbaycan Kaliforniya ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir”.

 

Kaliforniya Ştat Senatı adından isə qətnaməni senator Marti Blok imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR