Bank Of Baku

Kamal Abdullayev Sinay Məbədinin nümayəndə heyəti ilə görüşüb

Kamal Abdullayev Sinay Məbədinin nümayəndə heyəti ilə görüşüb
# 02 noyabr 2015 14:15 (UTC +04:00)

Bakı - APA. Sinay Məbədinin yəhudi icmasının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ilə görüş keçirib. 

 

Qurumdan APA-ya verilən məlumata görə, K. Abdullayev nümayəndə heyətinə Azərbaycan dövləti ilə ABŞ, xalqımızla yəhudi icması arasında münasibətlərin daha da inkişafı naminə səy göstərdikləri üçün minnətdarlığını bildirib:

“Bu gün Azərbaycan bütövlükdə bir ailə kimi öz əzablı və ləyaqətli keçmişinə arxalanaraq inamla irəliyə addımlayır. Biz deyirik ki, Azərbaycan multikulturalizmi xalqımıza tarixən xas keyfiyyətdir. Hələ orta əsrlərdən başlayaraq, XII əsr klassiklərinin əsərlərində də Azərbaycan multikulturalizminə geniş yer ayrılıb. Belə bir tolerantlıq Azərbaycan ərazisində sağlam mənəvi mühitin göstəricisidir. Azərbaycanın əcdadlarından olan xəzərlər öz dini inanclarına görə iudaist-yəhudi dininin daşıyıcıları olublar. Burada atəşpərəstlik, xristianlıq, müsəlmanlıq bir-birinə qaynayıb qarışaraq bütöv Azərbaycan ailəsini əmələ gətiriblər”.

 

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe, məbədin kişi klubunun rəhbəri Cary Lerman, Eddia Mirharooni, Elie Alyeşmerni çıxış edərək Azərbaycan mövcud olan mültikultural mühit haqqında təəssüratlarını dilə gətiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR