Bank Of Baku

Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək

Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək
# 09 sentyabr 2016 09:18 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 17-dən 19-a kimi İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək. Teatrın direktoru Tofiq Heydərov bildirib ki, kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Əsas rollarda teatrın aparıcı səhnə ustaları əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, artistlərdən Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR