Bank Of Baku

Lənkəranda “Dəmirağacı” 3-cü sənətkarlıq sərgisi açılıb

Lənkəranda “Dəmirağacı” 3-cü sənətkarlıq sərgisi açılıb
# 18 mart 2016 19:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Martın 18-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhərin dəmiryol vağzalı meydanında  sənətkarlıq  işi üzrə ənənəvi “Dəmirağacı”  sərgisi açılıb. 

 

APA-nın cənub bürosunun məlumatına görə, sərgidə rayonun 48 klub filialının  1000-dən çox  dülgərlik, dulusçuluq, dəmirçilik, dekorativ tətbiqi sənət, toxuculuq, tikiş, biçmə, döymə  və ağac üzərində oyma  işi nümayiş etdirilib.

 

Mədəniyyət Mərkəzinin  direktoru Hafiz Mirzə sərginin keçirilməsinin məqsəd və məramı barədə danışaraq, nümayiş olunan əl işləri barədə məlumat verib. Haftoni, Tütəpeştə, Günəhir, Havzava, Gəgiran kənd Sənətkarlıq, Türkəkəran, Boladi, Parakənd, Mamusta kənd Folklor, Osaküçə, İsti-su, Hirkan kənd Yaradıcılıq klublarının təqdim etdikləri sənətkarlıq nümunələri peşəkarlıq baxımından tamaşaçılarda daha böyük maraq yaradıb. Əl işlərinin bir qismi elə yerindəcə satılıb. 

 

Mədəniyyət Mərkəzinin  direktoru Hafiz Mirzə APA-nın yerli bürosuna bildirib ki, nümayiş etdirilən əl işlərinin üzərində onların adının yazılması tamaşaçıların bu cür xalq sənəti nümunələrini unutmaması üçün nəzərdə tutulub: ”Müasir sənaye bumunda bu cür sərgilər həm də  qeyri- maddi mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR