Bank Of Baku

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb
# 21 aprel 2015 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah YUNESKO-nun baş qərargahında İcraiyyə Şurasının Sessiyası çərçivəsində Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi baş tutacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, bu məqsədlə Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

 

Görüşdə Ə.Qarayev Forumun rəsmi tərəfdaşı kimi YUNESKO-nun mədəniyyətlərarası dialoq üçün görülən işlərə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.

 

İ. Bokova isə Forumun müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma olduğunu qeyd edərək Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu bildirib.

 

Görüş zamanı Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

 

Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR