Bank Of Baku

Mədəniyyət və turizm nazirinin müavini Meksikanın müvəqqəti işlər vəkili ilə görüşüb

Mədəniyyət və turizm nazirinin müavini Meksikanın müvəqqəti işlər vəkili ilə görüşüb
# 25 aprel 2015 11:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Meksikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Fransisko Ernesto Romero Bok ilə görüşüb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı R. Bok Azərbaycanda meksikalı rəssam Marqarita Moralesin rəsm əsərlərinin sərgisinin keçirilməsini təklif edib.

 

S. Məmmədəliyeva mədəniyyət sahəsində əməkdaşlıq imkanının yaranmasından məmnun qaldıqlarını bildirib. O, Marqarita Moralesin sərgisinin keçirilməsi məqsədilə müvafiq məkan və vaxtın təyin olunması işlərinin aparılmasını təklif edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR