Bank Of Baku

Moskvada AYB-nin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib - FOTOSESSİYA

Moskvada AYB-nin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 oktyabr 2015 11:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin ziyalıları, ictimai xadimləri və diaspor üzvləri iştirak ediblər.

 

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar XX əsr rus ədəbiyyatının böyüklüyünü dərginin bir sayında əhatə etməyin mümkün olmadığını söyləyib. Xalqları bir birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan yazıçı kitabın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyini vurğulayıb.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə Azərbaycan-Rusiya mədəni əlaqələrindən danışaraq qeyd edib ki, “Dünya ədəbiyyat. Rusiya” jurnalının Azərbaycan dilində çap edilməsi iki xalq arasındakı tarixi əlaqələrin möhkəmliyindən xəbər verir.

 

Öz növbəsində Rusiya-Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya kitabın “Rusiya ədəbiyyatı ili” çərcivəsində, xüsusilə də Azərbaycan dilində buraxılmasını yüksək qiymətləndirib. O, rus ədəbiyyatı səhifələrinin bu gün Azərbaycan oxucusuna bir daha açıldığını bildirib.

 

Xalq yazıçısı Fikrət Qoça, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Manaf Ağayev, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü Afaq Şıxlı və başqaları Azərbaycan və Rusiya ədəbi əlaqələrindən danışıblar, hər iki ölkənin ədəbiyyat, xüsusilə də tərcüməçilik məktəbi tarixində görkəmli simalar olduğunu söyləyiblər. Qeyd olunub ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir. Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb. Onların arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunan müəlliflər də var.

 

Sonda Azərbaycanın xalq Artisti Mələkxanım Əyyubova Azərbaycan mahnılarını ifa edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR