Bank Of Baku

Musiqili Teatrın kollektivi Hacıbaba Bağırovun məzarını ziyarət edib

Musiqili Teatrın kollektivi Hacıbaba Bağırovun məzarını ziyarət edib
# 04 oktyabr 2016 13:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Musiqili Teatrın kollektivi vəfatının 10-cu ildönümü ilə bağlı xalq artisti Hacıbaba Bağırovun məzarını ziyarət edib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, Azərbaycan teatr sənətində əbədi iz qoyanlardan biri də böyük gülüş ustası Hacıbaba Bağırovdur: “İstər kino sahəsində, istərsə də teatr tamaşalarında canlandırdığı obrazlar bunun bariz nümunəsidir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsində çalışması həm də onun bir rəhbər kimi idarəetmə bacarığının sübutu idi. Həm aktyor, həm direktor, həm də bir insan kimi Hacıbaba müəllim hər zaman başqalarından seçilirdi. O, mədəniyyət tariximizdə daima yaşayacaq sənətkarlardandır”.

 

Dövlət Musiqili Teatrının ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, xalq artisti İlham Namiq Kamal, teatrının direktor müavini, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov Hacıbaba Bağırovla bağlı xatirələrini bölüşüb, böyük sənətkarın işıqlı xatirəsinin əbədi yaşayacağını deyiblər.

 

Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova teatrın kollektivinə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR