Bank Of Baku

Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq

Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq
# 24 mart 2016 07:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səhnə əsəri Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

 

Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə xalq artisti Fəxrəddin Manafov ifa edəcək. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsentyeva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva çıxış edəcəklər.

 

Tamaşanın süjet xətti atanın ağıllı, qəşəng, inadkar xarakterə malik qızına nişanlı seçimi üzərində qurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR