İyul ayında ARDNŞ 6 min ton sürtgü yağı istehsal edib

İyul ayında ARDNŞ 6 min ton sürtgü yağı istehsal edib
# 08 avqust 2008 00:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 6 min ton sürtgü yağı istehsal edilib ki, bu da proqnozdan 19,3% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Cari ilin yanvar-iyul aylarında isə proqnozdan 4,3% az - 31,89 min ton sürtgü yağı istehsal olunub.
Qeyd edək ki, cari ilin 7 ayında sürtkü yağının istehsal həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətdə 8% çoxalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR