BAXCP: Hökumət Dövlət Neft Fonduna toplanan vəsaitlərin müəyyən hissəsini təhlükəsizlik istiqamətinə yönəltməlidir

BAXCP: Hökumət Dövlət Neft Fonduna toplanan vəsaitlərin müəyyən hissəsini təhlükəsizlik istiqamətinə yönəltməlidir
# 25 avqust 2008 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ötən həftə Bakıda baş verən partlayışlar müzakirə predmeti olub. İdarə Heyəti “Əbu Bəkr” məscidində və “Bakıelektirikşəbəkə”nin Xətai rayonu ərazisində yerləşən yarımstansiyasında baş verən hadisələrin narahatlıq doğurduğunu bildirib.

Toplantıda hesab edilib ki, hökumət Dövlət Neft Fonduna toplanan, həmçinin təmir-tikinti işlərinə sərf etdiyi vəsaitlərin müəyyən hissəsini təhlükəsizlik istiqamətinə yönəltməlidir. İdarə Heyətinin qənaətinə görə, bütün strateji obyektlər, müəssisələr, mərkəzi küçələr təhlükəsizlik kameraları ilə təmin olunmalıdır.

Toplantıda seçki kampaniyasının gedişi ilə bağlı da müzakirələr aparılıb. Yığıncaqda partiyanın müvafiq icra strukturları və Seçki Qərargahının təmsilçiləri prosesin gedişi ilə bağlı İdarə Heyətini məlumatlandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR