«UniLeasing» şirkəti ABŞ «EximBank»ından 2,5 mln. dollar kredit cəlb edib

«UniLeasing» şirkəti ABŞ «EximBank»ından 2,5 mln. dollar kredit cəlb edib
# 05 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ «EximBank»ı Azərbaycanın «UniLeasing» şirkətinə 2,5 mln. dollar həcmində kredit xəttinin açılmasını təsdiqləyib.
«UniLeasing»in Lizinq Departamentinin direktoru Hikmət İbrahimovun «APA-Economics»ə verdiyi məlumata görə, ABŞ bankı tərəfindən ayrılan uzunmüddətli kredit xətti şirkətin lizinq layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur: «Vəsaitlərin bir hissəsi şirkətin «New Holland tikinti texnikasının lizinqi» layihəsi çərçivəsində tikinti texnikasının idxalına sərf ediləcək», - deyə H.İbrahimov bildirib.
Şirkət ABŞ-da istehsal olunan texnika, avadanlıq və digər malların idxalı layihələrini maliyyələşdirmək təklifi ilə yerli iş adamlarını əməkdaşlığa dəvət edir.
H.İbrahimov qeyd edib ki, hazırda şirkət əlavə maliyyə vəsaitinin cəlb edilməsi məqsədi ilə KEİC (Korea Export İnsurance Corporation) və Yaponiya kommersiya bankları ilə danışıqlar aparır.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR