Azərbaycan mətbuatı APA-nın 5 illik yubileyi haqqında
Vüsalə Mahirqızı: “APA 50-100 ildən sonra da fəaliyyət göstərməlidir”
Noyabrın 16-da “Azəri-press” agentliyinin (APA) beş yaşı tamam olur. Beş il zaman baxımından qısa tarix olsa da, görülən işlər daha böyükdür. Yubiley ərəfəsində “525”ə müsahibə verən APA-nın baş direktoru Vüsalə Mahirqızı qazanılan uğurlardan, perspektiv planlardan danışıb.
– Öncə onu deyim ki, “525-ci qəzet” bizim sadiq abunəçilərimiz sırasındadır və məşhurlaşmağımızda böyük rolu olan media qurumlarından biridir. Mən buna görə təşəkkür edirəm və düşünürəm ki, 5 yaşa gəlib çatmağımızda, nüfuzumuzun yüksəlməyində bizimlə birgə APA-nın məlumatlarını dərc edən, yayan bütün həmkarlarımızın payı var.
APA-nı yaradanda düşünə bilməzdim ki, o, 5 il müddətinə bu qədər məsafə qət edəcək. Bu agentlik üçün texniki avadanlıqları alanda deyirdim, elə bir agentlik qurmalıyıq ki, biz olmayanda belə fəaliyyət göstərsin. Yəni, lap əvvəldən çox iddialı idik. Bu gün də o fikirdəyəm ki, APA-nın bünövrəsi elə möhkəm olmalıdır ki, Azərbaycandakı uzunömürlü media qurumları sırasına daxil ola bilsin. 50-100 ildən sonra da, bizim heç birimiz olmayanda belə APA fəaliyyət göstərməlidir.
Beş il müddətində nələr edə bildik?
7 nəfərdən 150 nəfərə qədər böyüyə bildik. Bir dildə işə başlayan APA indi beş dildə fəaliyyət göstərir. Beş ildə regionun ən böyük agentliklərindən birinə çevrilə və sözümüzü deyən agentlik ola bildik. Azərbaycanın sərhədlərini də keçdik. Hər keçdiyimiz sərhəddə Azərbaycanın da adını özümüzlə daşıdıq. Xəbərin əsas prinsipi olan operativlik, obyektivlik və dolğunluq məsələsinə əməl edib, tərəfsiz xəbər yazmağa çalışdıq. Agentlik yarananda mənim əsas məqsədlərimdən biri bu idi ki, APA-nın xəbərlərini oxuyanda “hansı tərəfin və kimin agentliyidir, mən bu xəbəri verə bilmərəm” deməsinlər. Azərbaycan mətbuatı bizə yanaşmada xəbərə yaşadığı kimi yanaşdı. “Yeni Müsavat”dan “Yeni Azərbaycan”a qədər bizim abunəçimizdir. Onların xəbərlərimizdən rahat istifadə etməsinə şərait yaradan xəbərlər yazdıq. Bu isə o deməkdir ki, tamamilə tərəfsiz mövqedə dururaq, yalnız xəbəri çatdırmaqla məşğul olmuşuq.
Şəxsi sahədə də böyük uğurlarımız oldu. APA fəaliyyət başlayanda bizim əksər əməkdaşlarımız subay idi. Ötən müddət ərzində APA-da 15-yə yaxın insan ailə qurub. Bir neçə evlilik elə agentliyin daxilində olub. Evsiz əməkdaşlarımız ev alıb, övlad sahibi olublar. Əməkdaşlarımız APA ilə birlikdə böyüyüblər. Hesab edirəm ki, hər birimiz üçün uğurlu proyekt ortaya qoymuşuq. Təbii ki, beş il bir media qurum üçün kiçik tarixdir. Amma, məncə, Azərbaycan mətbutının indiki şərtlərində beş ildə bir agentliyi yaratmaq və onu birinci etmək böyük zəhmət tələb edir.
Mən bu zəhməti çəkən bütün kollektivə təşəkkür edirəm. APA onların hər birinindir. Böyük fərəhlə, qürurla deyirəm ki, APA-nın yaradıcısı olan 7 nəfər bu gün də bizimlə birgədir. Onların APA-da qalmasını təmin edə bilmişəmsə, deməli, bunun özü böyük bir uğurdur.
– Qısa müddətə böyük məsafə qət etməyinizin iddialı olmağınızdan irəli gəldiyini dediniz. Yeni uğurlar qazanmaqda iddialısınızmı?
– Hədəfimiz bundan sonra dünyaya genişlənməkdir. Çünki ölkə içərisində nə qədər yayılmaq mümkündürsə, o qədər yayılmışıq və xəbər verə bilmişik. Düşünmürəm ki, ölkənin harasındasa çox önəmli bir hadisə olsun, amma o, APA-nın diqqətindən kənarda qalsın. Faktiki olaraq, biz bunu təmin etmişik. Bu məsələdə heç kim indiki məqamda bizimlə rəqabət apara bilmir. Biz bundan sonra xaricə daha çox çıxmalı, beynəlxalq əlaqələrimizi gücləndirməliyik. Hesab edirəm ki, hələ də peşəkarlaşmağa, ixtisaslaşmağa ehtiyac var. Gələcəkdə APA-nın informasiya agentliyindən daha çox siyasi təhlil məkanına çevrilməsini istəyirəm. Çünki bizim artıq portallarımız var və xəbər yükünü onlar da çiyinlərində daşıyırlar. Ona görə yavaş-yavaş APA-nın daha çox araşdırma mərkəzinə çevrilməsinə çalışıram. Qarşıya qoyduğumuz məqsəd də budur. Düzdür, bu gün bunun Azərbaycanda bazarı yoxdur. Azərbaycan mətbuatına daha çox xəbər verən agentlik lazımdır. Ona görə də APA faktiki olaraq ölkənin informasiya mərkəzi kimi fəaliyyət göstərir. Bütün media bu və ya digər formada APA ilə qidalanır. Azərbaycanda gələcəkdə televiziyalar, qəzetlər, İnternet portalları əsas informasiya yükünü paylaşacaqlar. Bax, o zaman APA-nın araşdırma mərkəzinə çevrilməsini arzulayıram.
– Sizcə, bu sahəyə oxucu marağı olacaqmı?
– Bu, bir biznes layihədir. Ümumiyyətlə, heç, informasiya agentliyinin kütləvi oxucusunun olduğunu düşünməmişəm. Agentliyin oxucusu onun abunəçisidir. Mən mediaya həmişə biznes kimi baxıram. Bu, bəzən bir çoxlarında qıcıq doğurur. Amma bu, bizim biznesimizdir və məni burada daha çox alıcı maraqlandırır, nəinki oxucu. Azərbaycanda hazırda böyük siyasi mərkəzlər və yaxud siyasi cəhətdən elə böyük alıcı kütləsi yoxdur ki, bizim təhlillərimizi alsın, piar xidmətlərimizdən istifadə etsin. Elə bir praktika yoxdur ki, kimsə siyasətə gəlmək istəyir və hansısa piar şirkətinə müraciət edir, onun imici üzərində həmin şirkət işləyir, müsahibələrini, xəbərlərini verməklə cəmiyyətdə nüfuzunui formalaşdırır, sonra həmin adam, məsələn, millət vəkili olur. Bütün müasir dünyada bu var. Azərbaycan 10-15 illik inkişaf yolu keçəndən sonra bu praktika bizdə də olacaq. Mən bu mənada deyirəm ki, APA-nı piar araşdırma mərkəzinə çevirmək hədəfimiz var.
– Maliyyə məsələsində qəzetlərlə probleminiz olmur ki?
– O qədər də yox. Bəzən olur, pul gecikdirilir. APA-nın ən ucuz bülleten paketi məhz media üçüdür. Yəni media üçün çox rəmzi bülleten paketimiz var. Şirkətlər və diplomatik korpuslar üçün isə paketimiz kifayət qədər bahadır. Azərbaycanın indiki vəziyyəti ortadadır. Biz bəzən qəzetlərin monitorinqini aparırıq. Bəzi qəzetlərdə gün ərzində 50-55 material gedir. Onun 30-35 təkcə APA-nın materialıdır. Bu o deməkdir ki, həmin qəzetin müxbir imkanları da çox aşağıdır. Belə qəzetlərdən böyük miqdarda pul istəmək bir az ədalətsizlik olar. Bəzən köçürmələrdə gecikmə yaranır. Amma ümumi götürdükdə mətbuat bizim üçün problem yaratmır.
– Agentliklər arasında xəbərin birinci verilməsində rəqabət var. Sizcə, operativlik keyfiyyətə təsir etmir ki?
– Dünyada iki informasiya agentliyi modeli var. Biri var eşitdiyini xəbər şəklində birinci vermək, biri də var xəbəri hadisə baş verəndən bir qədər gec, amma doğru çatdırmaq. Dünyanın tanınmış, örnək saydığımız agentlikləri sonuncu modeldən istifadə edir. Azərbaycanda hər iki model mövcuddur. AzərTac xəbəri dəqiq bilib verir, APA isə birinci modeli örnək tutub. Bizi diqqətdə saxlayan əsas prinsiplərdən biri də budur. Düzdür, xəbərdə yanlışlıqlar ola bilər. Amma biz onu sonra düzəldirik. Çünki oxucu xəbər gözləyir. Xəbəri 1-2 saat gecikdirsən ki, tam doğru olsun, bu artıq şayiə texnologiyasının yaranmasına xidmət edəcək. Neft Akademiyasında baş verən hadisədə bunu yaşadıq. Televiziyalar xəbəri gecikdirdi, adamlar internetə üz tutdular. İnternet resurslar isə güclü texniki bazası olmadığından durdu və ölkədə şayiə texnologiyası inkişaf etməyə başladı. 50 yerə bomba qoyulması xəbəri gəldi. Nə olmasına baxmayaraq, ilk məlumat verilsə, adamlar artıq bir saytdan, televiziyadan xəbərin inkişafını izləyəcək. Mən əvvəl deyirdim ki, xəbərin ömrü 3 dəqiqədir. İndi artıq bu, saniyələrə düşüb. Biri xəbəri səndən tez verirsə, artıq sənin xəbərin ölmüş sayılır. Bu proses Azərbaycanda sağlam rəqabət şəraitində getsə, çox gözəl olar. Əksinə bizdə gülməli üsullardan istifadə edirlər. Sən xəbəri birinci yerləşdirəndə təbii ki, bu, başqa saytda olmur. Sonra görürsən hansısa İnternet saytı həmin xəbəri səndən iki dəqiqə əvvələ qoyub. Süni olaraq xəbərin qoyulma vaxtını dəyişirlər. Bu, gülməli və uşaq üsullarıdır. Amma sağlam xəbər rəqabəti dünyanın hər yerində gedir.
– Deyirlər, qadın rəhbərlə işləmək daha çətindir...
– Mən də o fikirlərə qoşuluram. Mən şəxsən qadın rəhbərlə işləyə bilməzdim. Necə rəhbər olduğumu işçilərdən soruşmaq daha doğru olardı. Mənim üçün bir prinsip var: işini vaxtında və məsuliyyətlə gör. Mən heç kimdən bundan başqa heç nə istəmirəm. Ən yaxın adamlarımı, ailə üzvümü 10 dəqiqə gecikdiyinə görə işdən çıxarmışam. Yaxud iş müddətində özfəaliyyətə yol vermək olmaz. Hər kəsdən xəbəri yazmağı tələb edirəm.
Qadın rəhbərlə işləməyin başqa müsbət cəhəti də var. Qadın həm də bir evin xanımıdır, anadır. Onun insanlara ana, qadın kimi də yanaşması var. Xüsusilə bu, iş yerində olan xanımlar üçün avanqarddır. Çünki xanımları daha yaxşı anlaya bilirsən. Bəzi problemləri, ümumiyyətlə, kişilərə demək olmur. Mən artıq 8-9 ildir rəhbər vəzifədə işləyirəm. Bu müddətdə bir müşahidə etmişəm. Kişilər öz problemini kişi rəhbərinə deməyə çəkinirlər. Amma ürəklərində olan hətta şəxsi problemlərini qadın rəhbərə məmnuniyyətlə açırlar. Çünki bizim xanımlarımız sirr saxlamağı bacarırlar. Başqalarını deyə bilmərəm, şəxsən mənim üçün sirr saxlamaq çox önəmlimdir və məndə əməkdaşlarımın çoxlu sirləri yatır. Hesab edirəm ki, rəhbərin qadın və ya kişi olmasının məsələyə dəxli yoxdur. Əsası insan olmaqdır.
Mən jurnalistikada olan bütün vəzifələri keçmişəm. Ona görə bura təzə jurnalistlər gələndə özümün sınaq müddətimi, bəzi qəzet redaktorlarının məni işə götürməməsini, kirayədə qaldığım, pul sarıdan çətinlik çəkdiyim günləri yada salıram. Mən bilirəm ki, indi o vaxtkı statusumda olan insan həmin çətinlikləri yaşayır. O çətinliyi gördüyümə görə onlara kömək etməyə çalışıram. Bunun üçünsə, təkrar edirəm, birincisi genişqəlbli insan olmaq lazımdır.
– Gərgin iş şəraitiniz var. Ailənizə, övladınıza vaxt ayırmaq imkanı olurmu?
– Doğrudur, lazımi zamanı ayıra bilmirəm. Hərdən deyirəm ki, gələcəkdə qarşısında ən böyük günahım olduğu adam qızım olacaq. Qızım bağçaya gedir, sonra dayəsi, yaxud nənəsi ilə olur. Ona axşam saat 10-dan sonra vaxt ayıra bilirəm. Yarım saat, bir saat sonra isə yatır. Ona görə yalnız bazar günləri ailəmlə vaxt keçirmək imkanım olur.
– APA-nın ad gününü ürəyiniz istəyən kimi qeyd edə bilirsinizmi?
–İlk dəfədir ki, böyük yubiley tədbiri keçirəcəyik. Ona hazırlaşmışıq. Amma mənim üçün ən yaxşı yubiley APA-nın ad günündə əməkdaşların sevinci, onlarla keçirdiyim məclis, hamısını bir yerdə görməkdir. Müəyyən səbəblərdən APA-dan ayrılan insanların həmin gün arayıb, təbrik etmələri mənim üçün ən böyük hədiyyədir.
Pərvanə SULTANOVA

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir