Azərbaycanın dövlətçilik tarixi: diplomatik münasibətlər - ARAŞDIRMA
Azərbaycanın diplomatiya tarixi haradan başlayır?
Üç min illik dövlətçiliyə malik olan Azərbaycanın dövlətçilik tarixi ilə bərabər onun diplomatiya tarixi də maraqlıdır. Azərbaycanın tarixində mövcud olmuş dövlətlərin əsas istiqamətlərindən biri olan yaxın və uzaq dövlətlərlə diplomatik əlaqələr kifayət qədər zəngindir. Ayrı-ayrı dövlətlər aralarındakı münasibətləri bir sıra hallarda diplomatik yolla həll etməyə çalışıblar. Hətta Azərbaycanda mövcud olan tarixi dövlətlərin digər ölkələrdə diplomatik nümayəndəlikləri və həmçinin Azərbaycan dövlətlərində digər dövlətlərin nümayəndəliklərinin olması nümunələri mövcuddur. Bir sıra hallarda Azərbaycanın diplomatiya tarixinin 1918-ci ildən başlanması ilə bağlı iddialar irəli sürülür. Amma bu heç də belə deyil. Təbii ki, Respublika olaraq ilk diplomatiya tarixini Azərbaycan Xalq Cümhuriyyətindən götürmək doğrudur. Amma Azərbaycanın ölkə olaraq diplomatiya tarixi yüzillər əvvəldən başlayır.
Azərbaycan tarixində ayrı-ayrı sülalələri - Ağqoyunlular, Qaraqoyunlular, Eldəgizlər, Səfəvilər və digərləri zaman-zaman imperiyaya çevrilib təkcə Azərbaycanı yox, Yaxın və Orta Şərqi idarə ediblər. Bu zaman onlar təkcə imperiya siyasəti deyil, həm də xalq diplomatiyası və beynəlxalq əlaqələrin imkanlarından geniş yararlanıblar. Məhz Səfəvilər dövləti Osmanlı və Habsburqlar imperiyaları ilə yanaşı, dünya problemlərini həllində iştirak edib. Albaniya, Atropatena dövlətlərinin Roma imperiyası ilə sıx diplomatik əlaqələri olub. Elçilər mübadiləsi, məktublaşmalar tarixdən hər kəsə məlumdur. Dövlətçilik tarixi kimi Azərbaycanın diplomatiya tarixi də hələ eramızdan əvvəl dünya meydanına çıxıb. Azərbaycan tarixdə mövcud olmuş ayrı-ayrı dövlətlərdən yüzlərlə dövlətlərarası müqavilələr (traktat, pakt, konvensiya, protokol və s.) tarixi araşdırmaçılara məlumdur.
Atropatena-Roma münasibətləri
Hələ Atropatena dövründə bu dövlətin bəzi diplomatik münasibətləri ilə bağlı tarixi faktlar mövcuddur. O zaman Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları diplomatik münasibətləri buna əlavə etməklə öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Məhz bu siyasətin nəticəsi idi ki, Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə müdaxilə etmiş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etməyi bacardı. O zaman Atropatena qoşunları bütün regionda ən güclü hərbi qüvvələrdən biri hesab olunurdu. Sonrakı dövrlərdə isə Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvəyə çevrilən Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaratmağı bacardı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e. ə. 27-e. 14) diplomatik danışıqlar aparmışdılar və bu kimi qarşılıqlı səfərlər bir neçə dəfə baş vermişdi.
Azərbaycan diplomatiyasının inkişafı: Ağqoyunlular nümunəsi
Sonrakı dövrlərdə də Azərbaycanda mövcud olmuş tarixi dövlətlər digər qonşu dövlətilərlə diplomatik əlaqələr saxlayırdılar. Amma Azərbaycan diplomatiyasının çiçəklənməsi orta əsrlərdə, xüsusilə də Ağqoyunlular dövləti ilə başladı. Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da ardı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı
ilə, həmçinin bir çox qonşu Şərq ölkələrin hökmdarlarının saraylarında diplomatik danışıqlar aparırdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası – o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. O zaman Ağqoyunlular dövlətinin dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərinə həsr olunmuş araşdırmasında bildirir ki, Uzun Həsən bir sıra dövlətlərlə diplomatik münasibətlər saxlayırdı. Bundan başqa Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurmaqla tarixə düşür: “Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarırdı. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparırdı. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trabzon dövləti üzərindən keçib gəlməli idi. Osmanlı isə bunun qarşısını almaq istəyir və 1453-cü ildə II Mehmet tərəfindən İstanbul fəth olunandan sonra Trabzon dövlətini məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir və sülh bağlanır”.
Öz dövlətini qurduqdan sonra Avropa dövlətləri də Uzun Həsənə böyük ümidlər bəsləyirdi. O, Osmanlı Türkiyəsinin fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərinə dair materiallar daha yaxşı qorunuğ. Bu ölkə Uzun Həsənin sarayında daim səfirlər saxlayıb.
Səfəvilərin Avropa siyasəti
Azərbaycan diplomatiyasının inkişaf etdirilməsi sonrakı mərhələdə Uzun Həsənin nəvəsi, Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti tərəfindən davam etdirildi. Səfəvilər Azərbaycanın təbliğinə xüsusi üstünlük verir və ölkənin uzaq dövlətlərdə də tanıdılması işini həyata keçirirdilər. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar da Azərbaycan dilində aparılırdı. Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi
hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və digər Azərbaycan hökmdarlarının saraylarında çoxsaylı Qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün
danışıqlar aparmışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.
Azərbaycan tarixində mövcud olmuş dövlətlərin Avropa ölkələri ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Hələ orta əsrlərdən Avropa dövlətləri ilə əlaqələr xarici siyasətin əsas istiqamətlərindən biri hesab olunub. Bu siyasət sonrakı mərhələlərdə də davam etdirilib.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində
Azərbaycan ərazisində eyni adlı dövlət isə 1918-ci ildə elan olundu. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyası Azərbaycan Xalq Cümhuriyyətinin zamanında da prioritetlərdən biri oldu. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın müstəqil xarici siyasətini həyata keçirərək dövlətçilik tarixində əhəmiyyətli nailiyyətlərə imza atdı. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacinski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazana bildilər.
AXC-nin elan olunmasından sonra həmin dövləti yaradanların əsas vəzifələrindən biri onun dünya tərəfindən tanıdılması idi. Dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris sülh konfransında iştirak etməklə bu istiqamətdə mühüm addım atmaq mümkün idi ki, böyük çətinliklərdən sonra Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında iştirak etmək hüququnu qazandı. 1920-ci ilin 11 yanvarında Paris sülh konfransında Azərbaycan diplomatiyası özünün ən vacib uğurunu əldə etdi. Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdı. Dövlətin tanınması Azərbaycanın nümayəndə heyətinə Versal Ali Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanını vermişdi. Azərbaycan nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan məşhur siyasi xadimləri – Lloyd Corç, Klemanso, Lord Kerzon, Çerçil, Foş, Vilson və digərləri ilə Paris sülh konfransının Ali Şurasının və digər iclaslarında müzakirələr apararaq, müttəfiq dövlətlər tərəfindən Azərbaycana müxtəlif yardımın göstərilməsi haqqında qərarın qəbul edilməsinə də nail oldular. Azərbaycan xalq Cümhuriyyətinin siyasi xadimləri və məharətli diplomatları öz fəaliyyətləri ilə Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələrini yazmışdılar. AXC-nin yaradılması dünyada gedən hərbi, diplomatik və siyasi proseslərin tərkib hissəsi olaraq, eyni zamanda, müsəlman dünyasında demokratiya, vətəndaş cəmiyyəti və müasir dünyəvi dəyərlərə əsaslanan ilk respublikanın qurulması demək idi.
AXC-nin yalnız 23 ay yaşamasına baxmayaraq, yeni Sovet Azərbaycanının paytaxtı Bakı və suveren ərazisi ilə Sovet İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu Respublika kimi saxlanılmasını bu dövrün əsas nəticəsi kimi qiymətləndirmək olar. Bakıda Sovet hakimiyyəti bərqərar olandan sonra da, Azərbaycanın bir sıra siyasi xadimləri diplomatik meydanda öz fəaliyyətini və Azərbaycanın mənafeyinin müdafiəsini davam etdirməyə müvəffəq olmuşlar.
Azərbaycan diplomatiyası Sovet İttifaqı dövründə
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində Azərbaycan işğal edildikdən və dövlət müstəqilliyi itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920-1922-ci illərdə xarici ölkələrlə müəyyən səviyyəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzədavud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti idarəsinə Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin yeddi ayında) başçılıq etdilər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsi ilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdi. 50-ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə müqayisədə 70-80-ci illərdə xeyli geniş olmuşdu.
Müstəqil Azərbaycan diplomatiyası: Şərqdən Qərbə kimi
Azərbaycan müstəqillik əldə etdikdən sonra onun ilk diplomatik əlaqələri yarandı, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyi dünyanın əksər dövlətiləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu. 1991-ci ildə dövlət istiqlaliyyətini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub.
Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyat əhəmiyyətli başlıca məqsəd güdməkdədir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub-inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.
Azərbaycan və beynəlxalq təşkilatlar
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.
Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi Avropa məkanında atdığı addımlar onun həyata keçirdiyi xarici siyasət sistemi çərçivəsində göstərdiyi səylərin tərkib hissəsi olmaqla yanaşı, bu səylərlə tam səsləşir. Müasir şərait köhnə nüfuz dairələri modeli əsasında deyil, həqiqi mənada tərəfdaşlıq və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal bir fürsət verir, lakin eyni zamanda yeni tipli təhdidlərin yaranmasına səbəb olur. Bunun üçün Azərbaycan yaranmış obyektiv vəziyyəti nəzərə alaraq, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər” adlı məqaləsində bildirir ki, bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etdiyini vurğulayan nazir yazır ki, qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılmışdır: “Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz”.
Azərbaycanın xarici siyasətinin prioritetləri
Azərbaycan müstəqil ölkə olaraq özünün xarici siyasətinin prioritetlərini də müəyyənləşdirib. Bunlar aşağıdakılardır:
- Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritmək;
- Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;
- ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;
- Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;
- Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
- Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;
- Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;
- Xəzər Dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);
- NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;
- Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;
- Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.
Onu da qeyd edək ki, hazırda Azərbaycan 160 dövlətlə diplomatik münasibətlər qurub, ölkədə 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri var. Xaricdə Azərbaycanın 56 diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirlik fəaliyyət göstərir.
Yazının hazırlanmasında istifadə olunan mənbələr
1. Cəmil Həsənli: “Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918 – 1920)”
2. Yaqub Mahmudov, Kərim Şükürov: “Azərbaycan Beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarasi müqavilələr və digər Xarici siyasət aktlari 1639-1828”
3. www.diplomatiya.az
4. http://www.mfa.gov.az/
5. www.history.az
6. 7 cildlik “Azərbaycan tarixi”nin III cildi

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir