Hindistan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək yollarını axtarır – REPORTAJ - FOTOSESSİYA
Bu məqsədlə Hindistan Xarici İşlər Nazirliyi bu bölgələrdən olan bir qrup jurnalistin ölkəyə səfərini təşkil edib.
Ziddiyyətlərlə dolu Nyu-Dehli
25 ştatdan ibarət Hindistan ərazisinə görə dünyada 7-ci, əhalisinin sayına görə (1 milyard 300 milyon) Çindən sonra ikinci yeri tutur. Hindistan müxtəlif mədəniyyətlərin, dinlərin, adət və ənənələrin min illərlə qorunub saxlandığı bir ölkədir. Ölkənin ən böyük şəhəri paytaxt Nyu-Dehli yox, Mumbay (keçmiş Bombey) hesab olunur. Orada 14 milyona yaxın əhali yaşayır. Bu şəhər Hindistanın sənaye və işgüzar mərkəzi sayılır. Mumbay öz kino sənayesi ilə də məşhurdur, Bombey və Hollivud sözlərinin birləşməsi kimi Bollivud kimi də tanınır. İlk gəldiyimiz şəhər Nyu-Dehli oldu. Hindistanın tarixi paytaxtı olan Dehli və hazırda paytaxtı sayılan Nyu-Dehlidə ümumilikdə 12 millyona yaxın əhali yaşayır. Bizim yaşadığımız «Taj Palace» oteli Nyu-Dehlidə yerləşir. Beşulduzlu bu otelin çox güclü mühafizə xidməti var – otelin ərazisinə daxil olan avtomobillər hərtərəfli, hətta xüsusi təlim almış itin köməyi ilə yoxlanılır. Mühafizənin belə ciddi olmasını bizə onunla izah etdilər ki, 2008-ci ildə Mumbayda bu otellər şəbəkəsinə daxil olan oteldə yüzlərlə insanın həlak olması ilə nəticələnmiş terror hadisə həyata keçirilib. Otelin milli geyimlərdə olan əməkdaşları bizi hindli qonaqpərvərliyi ilə qarşılayır və yola salırlar, bizimlə çox yüksək nəzakətlə davranırdılar. Otelin binasının interyeri şah saraylarını xatırladır, nömrələr isə müasir üslubda tərtib olunub. Otaqlarda qonaqların istirahət etməsi üçün lüks şərait yaradılıb.
Nyu-Dehlidə yaşayış binaları demək olar ki yoxdur. Dövlət xidmətində çalışan insanlar üçün nəzərdə tutulmuş bir neçə yaşayış binasını çıxsaq, Nyu-Dehlidə yalnız dövlət qurumları, biznes-mərkəzlər, səfirliklər, araşdırma mərkəzləri və institutları, konsert salonları yerləşir. Nyu-Dehli 20-ci əsrin 30-cu illərində, Hindistan Böyük Britaniyanın müstəmləkəsi olan zaman britaniyalı memar Edvin Lyutyen tərəfindən layihələşdirilib. Şəhər yaşıllıqlar içindədir. Orada hər gün yağış yağdığı üçün bitkilərin yaşıllığı göz oxşayır.
Bu şəhərdə biz yol boyu bir ticarət obyekti, hətta çörək mağazası görmədik. Bizə izah etdilər ki, ofislərin daxilində kafe və ticarət köşkləri mövcuddur, bura yaşayış məntəqəsi olmadığı üçün mağazalar yoxdur. Nyu-Dehlinin küçələrində nəqliyyatın sayı Bakını xatırladır. Amma avtomobillərin çeşidləri köklü şəkildə fərqlidir. Orada bizim alışdığımız “Cip”lərə nadir hallarda rast gəlinir, əhali kiçik həcmli avtomobillərə üstünlük verir. Moped və moto və velo-rikşa adlanan nəqliyyatın sayı avtomobillərin sayından daha çoxdur. Taksi qismində də əsasən “rikşa”dan istifadə olunur. Bu avtomobillərdə bəzən 10-15 nəfərin hərəkət etdiyini görürdük. Mopedlərdən yalnız kişilər yox – həm yaşlı, həm uşaqlı, hətta hicablı qadınlar da istifadə edirlər. Orada da bizdə olduğu kimi yol qaydalara nə sürücülər, nə də piyada tərəfindən riayət edilmir.
Nyu-Deyhli və ümumilikdə Hindistan ziddiyyətlərlə doludur. Müasir üslubda inşa edilmiş binaların yaxınlığında evsiz-eşiksiz insanlar tərəfindən quraşdırılmış çadırları, açıq hava altında, xüsusən də körpülərin altında yatan insanları, küçədə ocaq qalayıb xörək bişirən qadınları, üz qırxan bərbərləri, dilənən uşaqları, hasarların üzərində yoxsul insanlara məxsus yuyulmuş paltarların qurudulmasını görmək olur. Nyu-Dehlidən Tac-Mahalın yerləşdiyi Aqra şəhərinə avtobusla səfər etdiyimiz zaman belə acı mənzərə ilə daha çox üz-üzə gəldik. Yol boyu evsiz-eşiksiz insanların elə küçələrdə yatdığını, antisanitariya şəraitində yemək hazırladığını, yolboyu dilənən insanlar, o cümlədən kiçik uşaqlar gördük. Tərcüməçimizin dediyinə görə, bu insanların əksəriyyəti Hindistan vətəndaşları deyil, onlar Banqladeş və Pakistandan gələn qaçqınlardır. 2005-ci ildən başlayaraq Hindistanda əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ailənin bir üzvü mütləq işlə təmin olunur.
Nyu-Dehlinin havası çox rütubətlidir. Şəxsən mən küçədə çox çətin nəfəs alırdım, xoşbəxtlikdən küçədə demək olar ki olmurduq. Yalnız oteldən çıxıb maşına minən zaman və maşından çıxıb görüş keçiriləcək yerə gələn zaman və geri qayıdan zaman küçədə bir neçə dəqiqə olurduq. Küçədə ən çox telefonlarımıza yerli mobil operatorun nömrəsini aldığımız zaman olduq. Bu proses bir neçə saat çəkdi. Sən demə nömrə almaq istəyən şəxs öz şəklini təqdim etməlidir. Odur ki, 12 nəfərdən ibarət qrup şəkil çəkdirməyə yollandı. Sonra şəkil və pasportlarımız müvafiq idarəyə aparıldı, yalnız bundan sonra çoxsaylı sənədlər doldurulandan sonra bizə sim-kart verildi. Amma onun da işə düşməsi bir neçə saat çəkdi. Həmin vaxt havanın rütubətliyi bizə çox pis təsir etmişdi.
Hindistanın milli yeməkləri şəxsən mənim xoşuma gəldi. Əsas istifadə olunan məhsullar düyü, paxla bitkiləri, tərəvəz, qoyun əti, keçi əti, toyuq əti və balıqdır. Xörəklərin hazırlanmasında müxtəlif çeşidli ədviyyatlardan və istiotlardan çox istifadə olunur. Hind çörəyindən, xüsusən də bizim lavaşı xatırladan kökədən doymaq olmurdu. Həmin kökələr tərkibinə əlavə olunmuş bitkidən asılı olaraq müxtəlif rənglərdə olur. Mənim ən xoşuma gələn sarımsaqla hazırlanmış kökə oldu.
Türk hökmdarının inşa etdiyi Tac Mahal
Bizim jurnalist qrupumuz dünyanın yeni 7 möcüzəsi siyahısına daxil olmuş Tac-Mahal məqbərəsini də ziyarət etdi. Bu məqbərəni 17-ci əsrdə Cahan şah doğuş zamanı dünyasını dəyişmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edib. Məqbərə 20 il ərzində inşa edilib. Hazırda muzey kimi fəaliyyət göstərən Tac-Mahalı gündə 10 minlərlə insan ziyarət edir. Ağ mərmərdən inşa olunmuş Tac-Mahalı qorumaq məqsədi ilə muzeyin yaxınlığında yanacaqla çalışan nəqliyyatın hərəkəti qadağandır. Turistlər Aqra şəhərinə gələrək oradan muzey kompleksinə ya piyada, yaxud da akkumulyatorla çalışan nəqliyyat vasitəsilə gəlirlər. Məqbərənin hər iki tərəfində qırmızı kərpicdən inşa edilmiş məscid var. Onlardan biri – şərq tərəfdə yerləşən hazırda məscid, digəri isə mehmanxana kimi fəaliyyət göstərir.
Hindistan Azərbaycan və regionun digər ölkələrinə maraq göstərir
Jurnalistlərlə keçirilən görüşlərdə XİN rəsmiləri Hindistan hökumətinin Azərbaycan və Mərkəzi Asiya regionu ilə bağlı geniş planları olduğunu, bütün regionun inkişaf etməsini istədiklərini bildiriblər. Onlar bu əlaqələrin qurulmasında ən böyük maneə kimi bu regionla birbaşa dəmir və avtomobil yolların olmaması, Pakistan və Əfqanıstandakı vəziyyət, terror problemi ilə amillərlə əlaqələndiriblər.
«Terrorizm – ümumi problemdir, o istənilən ölkənin inkişafına və ölkələrarası əlaqələrin qurulmasına maneədir». Bu fikirləri XİN-in mətbuat katibi Vişnu Prakaş deyib. Hindistanın Əfqanıstana etdiyi yardımdan söhbət açan diplomat orada avtomobil yollarının, elektrik stansiyaların, məktəblərin inşasında iştirak etdiyini, səhiyyə, informasiya texnologiyaları, mülki aviasiya sahələrində kadrlar hazırladığını, 300 min nəfərə tibbi yardım edildiyini deyib.
Region ölkələri ilə əlaqələrə toxunan diplomat İrana qarşı BMT-nin qəbul etdiyi qətnaməyə də münasibət bildirib. «Biz bu sanksiyaları dəstəkləmirik. Çünki bilirik ki, istənilən sanksiyalar əsas məqsədə nail olmağa imkan yaratmır, bu tədbirlərdən yalnız sadə insanlar əziyyət çəkir. Bununla yanaşı biz İranın nüvə proqramının da əleyhinəyik”.
Nazirliyin Avrasiya məsələləri üzrə katibi Ajay Bisaria Hindistanın region ölkələri ilə əlaqələrinin əsasını terrorizmlə mübarizə təşkil etdiyini bəyan edib. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə Hindistanın xüsusi əməkdaşlıq proqramı olduğunu deyən diplomat, Tacikistan və Qırğızıstanda böyük layihələrin həyata keçirilməsinə başlandığını söyləyib. Belə layihələrin sayının artacağını söyləyən Ajay Bisaria hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə Hindistanın ticarət mübadiləsinin cəmi 0,5 milyard dollar olmasını çox aşağı göstərici kimi dəyərləndirib, mövcud potensiala cavab vermədiyini deyib. O, Hindistanla Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı çox vacib əməkdaşlıq adlandırıb. Bu sahədə əməkdaşlığa böyük önəm verdiklərini söyləyən diplomat Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqların aparıldığını, neft və qaz boru kəmərlərin inşasına Hindistanın sərmayə qoymaq niyyəti olduğunu bildirib.
Ölkənin iqtisadi və sosial vəziyyəti
Hindistan əhalisinin əksəriyyəti gənclərdir, 30 yaşına qədər insanlar əhalinin 60 faizini təşkil edir. V. Prakaşın sözlərinə görə, 2040-cı ildə Hindistan əhalisinin sayına görə Çini ötəcək. Hindistan əhalisinin 70 faizi kənd sakinləridir. Onlar düyü, pambıq, dənli bitkilər becərməklə, maldarlıqla məşğul olurlar.
Hindistan öz iqtisadi göstəricilərinə görə, dünyanın aparıcı ölkələri sırasındadır, iqtisadiyyatın illik artımı 7-8 faiz təşkil edir, yaxın gələcəkdə bu göstəricinin ikirəqəmli olacağı proqnozlaşdırılır. İqtisadiyyatın əsas sahələri əczaçılıq, informasiya texnologiyaları, yüksək texnologiyalardır.
Hindistan əhalisinin 82 faizi induizm dininə sitayiş edir, bu ölkədə 160 milyon müsəlman yaşayır. Müsəlmanların sayına görə, İndoneziyadan sonra ikinci yerdədir.
Hindistanda uşaqların 15 faizi təhsil almır. Şəhər əhalisinin 20 faizi, kənd əhalisinin isə 50 faizi savadsızdır. Uşaqlar arasında savadsızlıqla mübarizə məqsədi ilə “HİWEL” təşkilatı “Divarda dəlik” adlı layihə həyata keçirir. Bu layihə imkansız uşaqların, hətta təhsil ala bilməyən uşaqların kompüterlə tanış olması və onun vasitəsilə təhsillənməsi məqsədi güdür. Divarda quraşdırılmış kompüterin sirlərini uşaqlar heç bir təlimat və yardım olmadan təxminən bir ay ərzində mənimsəyirlər. Təşkilat bu layihəni yalnız Hindistanda yox, dünyanın 11 ölkəsində də həyata keçirir. Layihə 1999-cu ildən həyata keçirilir, dünya üzrə 500, Hindistanda isə 350 kompüter quraşdırılmış məntəqə fəaliyyət göstərir.
Həmkarlarımızın vəziyyəti
Jurnalistlər “The Indian Express” qəzetinin redaksiyasında da görüş keçirdilər. Qəzet rəhbərliyi bildirdi ki, hindu və regional dillərdə nəşr olunan qəzet Hindistan müstəqilliyini əldə etməmişdən öncə çap olunmağa başlayıb. 300 min tirajla çıxan qəzetin satış qiyməti 3 rupi, maya dəyəri isə 5 rupidir (1 ABŞ dolları 43 rupidir). Qəzetin sahibi kollektivin özüdür, qəzetin xərcləri reklam hesabına ödənilir. Əməkdaşların maaşına gəldikdə, bizə bildirdilər ki, yeni işə qəbul olunmuş əməkdaşlar 25 min rupi, 10 ildən çox çalışanların maaşı 2-3 min ABŞ dolları təşkil edə bilir. Hazırda qəzetdə 2,5 min nəfər çalışır, onlardan 475-i jurnalistdir. Qəzetin ölkənin 14 şəhərində öz nəşriyyatı var.
Qədim və müasir Heydərabad
Səfər etdiyimiz digər şəhər, əhalisinin əksəriyyəti müsəlman olan Heydərabad şəhəri oldu. Aeroportla şəhəri 11 kilometrlik müasir körpü birləşdirir. Öz iqliminə görə bu şəhər mənə Bakını, landşaftı və arxitekturasına görə isə Türkiyənin şəhərlərini xatırlatdı. Nyu-Dehlidən fərqli olaraq, küçələrin hər iki tərəfində ticarət obyektləri, brend mağazalar gözə dəyirdi. 4 milyondan artıq əhalisi olan bu şəhər Hindistanın əsas sənaye və ticarət mərkəzlərindən biridir. Burada yüngül və yeyinti sənayesi, maşınqayırma, əczaçılıq inkişaf edib. Şəhər 400 il öncə monqol hökmdarı tərəfindən salınıb, həmin dövrdə inşa edilmiş saraylar, məscidlər, yaşayış evləri öz gözəlliklərini qoruyub saxlayıb. 18-ci əsrdə inşa olunmuş Məkkə məscidi şəhərin mərkəzində yerləşir.
Şəhərin mərkəzindən kənarda isə müasir yaşayış kompleksləri, biznes mərkəzləri, otellər, əyləncə mərkəzləri yerləşir. Deyilənə görə, bu şəhərdə müxtəlif rəngdə mirvarilər almaq olur. Əfsuslar olsun ki, mağazalarla tanış olmaq bizə qismət olmadı.
Şəhərin müasir binalarından biri Biznes Məktəbidir. Bu məktəb dünyanın 20 ən yaxşı biznes məktəbi siyahısına daxildir. 150 akr ərazidə yerləşən bu məktəb bir qrup imkanlı insanın ayırdığı 50 milyon dollar hesabına inşa edilib və 2001-ci ildən fəaliyyət göstərir. Məktəbdə ilk dəfə 126 tələbə təhsil alıb, bu il 577 tələbə təhsil alır, onların 28 faizi qadınlardır. İllik təhsil haqqı 40 min dollar olan bu məktəbdə 41 fakültə fəaliyyət göstərir. Məktəbin marketinq və kommunikasiya xidmətinin rəhbəri Sriram Qopalakrişnanın sözlərinə görə, ən yüksək müsabiqə planlaşdırma, maliyyələşdirmə və marketinq fakültələrində olur. O, bu təhsil ocağına MDB ölkələrindən olan tələbələri cəlb etmək istəyini də açıqlayıb.
Əczaçılıq sənayesinin inkişaf etdiyi Hindistanda keçən ilin aprel ayında daha bir müəssisə istifadəyə verilib. Heydərabad yaxınlığında yerləşən «Aurobindo Pharma Ltd» hələlik ildə 12 milyard həb və 12 milyard kapsul istehsal edir. Müəssisənin vitse-prezidenti Uday Kasbekar bildirib ki, müəssisə 75 akr ərazidə yerləşir, burada quraşdırılmış avadanlıq Avropa və ABŞ-dan gətirilib. 500 nəfərin çalışdığı müəssisəsinin məhsulları ABŞ-a ixrac edilir, yaxın vaxtlarda isə Avropaya də ixrac ediləcək. Dərman istehsalında istifadə olunan komponentlərin 95 faizi yerli məhsuldur.
Hind filmlərinin çəkildiyi yer
Heydərabad yaxınlığında «Ramoji Film city» yerləşir. İldə çəkilən filmlərin sayına görə bu film şəhəri Ginnesin rekordlar kitabına daxil olub. 2 min akr ərazidə yerləşən bu şəhərcikdə 22 adda mulyaj tikili var. Bələdçimiz bizə bu binaların mulyaj olduğunu söyləməsə, biz onları adi bir tikili kimi qəbul edəcəkdik. 14 il bundan əvvəl fəaliyyətə başlamış bu şəhərcikdə eyni zamanda 8 film çəkmək imkanı var. Burada məbədlər, hava limanı, dəmir yol vağzalı, müxtəlif təbəqələrə məxsus yaşayış evləri, fontanlar, mağazalar, kafelər, xəstəxanalar və s. hamısı mulyajdır. Hətta burada tanınmış Acanta mağarasının mulyajı da yaradılıb. Burada yalnız hindli rejissorlar yox, xarici rejissorlar, o cümlədən Hollivud sənətçiləri də film çəkilişləri həyata keçirirlər. Film çəkmək üçün icarə haqqının miqdarı bir gün üçün 100 min rupi təşkil edir.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir