Cəmil Həsənli: “İran nə qədər farslarındırsa, bir o qədər də türklərindir” – MÜSAHİBƏ
- Cənubi Azərbaycanın Azərbaycan dövlətçilik tarixində rolunu və yerini necə qiymətləndirirsiniz?
- Cənubi Azərbaycanın dövlətçilik tariximizdə yeri ifadəsi şərti xarakter daşıyır və bu, yalnız son iki yüz ildə formalaşan coğrafi anlayışlar baxımından meydana çıxıb. Əslində isə uzun minilliklər boyu Azərbaycanın cənubu da, şimalı da vahid coğrafi hüdudlar, eyni sosial-siyasi atributlar və geniş bir mədəniyyət arealı kimi tarixi prosesi yaşamışdır. Cənubi Azərbaycan anlayışı XIX əsrin əvvəllərində rusların Qafqazı fəthindən sonra meydana çıxmış və tarixi dövriyyəyə daxil olmuşdur. Həmin tarixi mərhələyə qədər şimal və cənub anlayışları sırf coğrafi xarakter daşıyıb. Yalnız 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra bu coğrafi anlayışlar siyasi məzmun kəsb etməyə başlayıb. Əgər söhbət XIX əsrin birinci yarısına qədərki tarixi mərhələdən gedirsə, Cənubu Azərbaycan dövlətçilik tariximizdə “cənub” missiyasını deyil, Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və mədəni mərkəzi olmaq missiyasını yerinə yetirirdi.
- Cənubi Azərbaycanda dövlətçilik tarixi barədə danışarkən haradan başlamaq lazımdır?
- Əslində, birinci sualdakı izahdan sonra “Cənubi Azərbaycanda dövlətçilik tarixi barədə” danışmaq ifadəsindən çəkinmək lazımdır. Görünür, iki yüz ilin coğrafi ayrıntılarının siyasi məzmun kəsb etməsi o qədər dərin ideoloji sarsıntılardan keçib ki, Azərbaycanın qədim dövlətçilik tarixindən danışarkən də biz avtomatik olaraq “cənub” və “şimal” ifadələrindən istifadə edirik. Bu, bizim beynimizə oturmuş indiki sərhədlərin, Araz xətti üzrə müəyyən edilmiş şərti sərhədlərin Azərbaycanın hüdudlarının tamamilə fərqli mənzərəsini özündə ehtiva edən siyasiləşdirilmiş modelidir. Vaxtilə, səhv etmirəmsə, hələ ötən əsrin 70-ci illərində, o zamanın gənc, indinin isə xalq şairi olan Sabir Rüstəmxanlının təxminən yadımda qalan belə bir şeiri var idi:
Bu Vətən deyilən dünyam sirlidir,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədir,
Hələ sərhədini tapa bilmirəm...
Hardan tapacaqsan sərhədlərini?
Əmrahın sazından keçirsə əgər,
Dərbənddə Pərvanə adlanan qızın,
Çağlayan gözündən keçirsə əgər,
O şəkər dillərin belini bükən,
Şəhriyar sözündən keçirsə əgər,
Şumerdən adlayan on min il yaşlı,
Nənə kəlməsindən keçirsə əgər...
Siyasi çəpərləmələrin millətin mənəvi bütövlüyünü, mənəvi hüdudlarını onun yaddaşından silməməlidir. Və bu mənəvi sərhəd anlayışını biz bütöv olaraq tam olaraq öz içimizdə yaşatmalıyıq. Necə ki, taleyinə ayrılıq yazılmış bir sıra xalqlar bu tarixi təcrübəni uğurla sınaqdan keçiriblər.
Azərbaycanın dövlətçilik tarixinin haradan başlanmasına gəldikdə isə deməliyəm ki, rəhmətlik professor Yusif Yusifovun və vaxtsız dünyasını dəyişmiş çox dəyərli tarixçimiz Mirheydər Mirzəyevin bu istiqamətdə tədqiqatları bizim tarixi təsəvvürlərimizi xeyli dərinləşdirdi. Aratta dövləti, Lulibey ve Kuti tayfalarının tarixi proseslərdə iştirakı Azərbaycan dövlətçiliyinin tarixinin eramızdan əvvəl IV-III minilliklərə gedib çıxdığından xəbər verir.
- Azərbaycanın tarixi dövlətlərinin böyük əksəriyyəti məhz Cənubi Azərbaycanda meydana gəlib. Sizin fikrinizcə, həmin dövlətilər tam olaraq tədqiq edilibmi?
- Azərbaycanın qədim dövlətlərinin çoxu Cənubi Azərbaycanda meydana gəlib deyəndə nəzərə almaq lazımdır ki, həmin dövrlərdə coğrafi anlayış kimi Araz çayı üzərində qurulmuş sərhəd bölgüsü anlayışı yox idi və elə həmin dövlətlərin bir hissəsi Azərbaycanın cənubu və şimalı da daxil olmaqla tarixi ərazilərinin bir hissəsini əhatə edirdi. Axı, Atabəylər dövlətinin hüdudlarına bugünkü Naxçıvan Muxtar Respublikasının sərhədləri çərçivəsində baxıla bilməz. Həmin hüdudlar bugünkü sərhədlərdən çox geniş idi. Azərbaycanın qədim və orta əsr tarixində mövcud olmuş dövlətlərin tarixinin öyrənilməsi baxımından çox işlər görülüb. Xüsusilə bizim arxeoloqların bu istiqamətdə tədqiqatları əvəzsizdir. Sözün tam mənasında ötən əsrin 50-ci illərinin ikinci yarısından başlayaraq bu günə qədər arxeoloqlarımız Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərin maddi-arxeoloji sübutlarını ortaya qoya biliblər. Orta əsr Azərbaycan dövlətlərinin tarixinə gəldikdə isə təəssüf hissi ilə qeyd etməliyəm ki, 20 ilə yaxın müstəqil olmağımıza baxmayaraq, mərhum akademik Ziya Bünyadovun, Həzi Abdullayevin, Məmməd Şəriflinin, Əbdülkərim Əlizadənin, Petruşevskinin, Sara Aşurbəylinin, Mikayıl Heydərovun ötən əsrin 50-70-ci illərdə yazdıqları əsərlərdən güclü bir şey ortaya qoya bilməmişik. Bu istiqamətdə V. Piriyevin araşdırmaları istisna olmaqla digər araşdırmaların yuxarıda adlarını çəkdiyim böyük alimlərin tədqiqatlarından irəli getdiyini demək çətindir. Lakin Z. Bünyadovun təkrarsız kitablarından başqa demək olar ki, yuxarıda adlarını sadaladığım alimlərin Azərbaycan tarix elmi üçün bu gün də öz əhəmiyyətini saxlayan əsərləri müstəqillik dövründə təkrar nəşr olunmayıb.
- Farslar həmişə Səfəvilər dövlətinin onlara məxsus olduğunu iddia edirlər. Bu iddialar haradan qaynaqlanır və Azərbaycan tarixçiləri bu iddianın əsassız olduğunu sübut edə biliblərmi?
- Səfəvi dövlətinin çıxış nöqtəsini Azərbaycan təşkil etsə də, sonralar onun hüdudları çox genişləndi, farsı da içinə aldı, ərəbi də, bəlucu da, regionda yaşayan digər xalqları da. Amma bu dövrün mükəmməl tarixi mənzərəsini yaratmış Oqtay Əfəndiyevin yazdığı kimi, Səfəvi dövlətinin nüvəsini türk etnosu, türk əxlaqı, türk mədəniyyəti və mənəviyyatı təşkil edirdi. İran alimləri bu məsələni daha çox zaman keçdikcə Səfəvi sarayında güclənən fars dili izah etməyə çalışırlar. Axı elə Dövləti Aliyeyi Səfəviyyə dövründə mövcud olmuş Avropanın əksər böyük dövlətlər latın dilində məktublaşırdılar və ya rus sarayında fransız dilində danışırdılar. Digər tərəfdən, XX əsrdə millətçiliyin gətirdiyi milli xüsusiyyətləri olduğu kimi keçmiş tarixə tətbiq etmək düzgün deyil. İstəsək də, istəməsək də, bir sıra məqamlarda biz farslarla ortaq mədəniyyətin varisləriyik. Bunu etiraf etmək çətin olsa da, ilk orta əsrlərdən bəri keçib gəldiyimiz tarixi yolun məntiqi yekunu bundan ibarətdir. Digər tərəfdən, Səfəvi zamanında ümmət anlayışı millət anlayışından öndə gedirdi və belə də olmalı idi. Burada milli kimlik axtarmaq mənasız bir şeydir. Amma hakim elitanın mənəvi dünyası Şah İsmayıl Xətainin “Dəhnamə”sindən keçirdi.
Qış getdi yenə bahar oldu,
Gül bitdi və laləzar oldu.
Quşlar namusu fəqanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
- XX əsrin birinci yarısında Cənubi Azərbaycanda milli dövlətin yaradılması üçün başlayan hərəkatların süquta uğramasına səbəb nə oldu?
- XX əsrin birinci yarısında Cənubi Azərbaycan üç böyük inqilabi hadisələr dövrünü yaşadı: Sərdari Milli Səttarxanın rəşadətinə söykənən Məşrutə hərəkatı, Şeyx Məhəmmədin demokratiyaya sayğısına söykənən Xiyabani hərəkatı və bir də Seyid Cəfər Pişəvərinin milli ideallarına söykənən 21 Azər hərəkatı. Bu üç hərəkat içərisindən “milli dövlət” anlayışını ancaq üçüncüyə, 21 Azər hərəkatına aid etmək olar. Sərdari Milli silaha, Xiyabani isə demokratiyaya İranı azad edəcək qüvvə kimi baxırdı. Milli taleyin müəyyən edilməsi, milli dövlətin qurulması və 3-5 il zaman fasiləsində hər iki Azərbaycanın bir dövlətdə birləşməsi ideyası Pişəvəri hərəkatında qoyulmuşdu. Pişəvərinin şəxsiyyətinin və 21 Azər hərəkatının Sovetlər Birliyi dağıldıqdan sonra cazibə mərkəzinə çevrilməsi həmin hərəkatın milli qayəsi ilə bağlıdır. Bununla belə, Sərdarın rəşadəti, Şeyxin demokratiyanı iman kimi qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin iki illik tarixi təcrübəsi çoxları üçün coğrafi anlayış olan Azərbaycan kəlməsinə siyasi məzmun verdi. XX əsr İranın məşhur tarixçisi Seyid Əhməd Kəsrəvi yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda, Şimali Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Tehran ehtiyat edirdi ki, Təbriz öz qibləsini şimalda - Bakıda tapsın. Çox sərrast deyilmiş fikirdir. Bu gün Səfəvi dövlətinin kimə məxsusluğu üstündə Azərbaycan tarixçiləri ilə İran tarixçiləri arasında dərinləşən mübahisələrin pərdəarxası məqamları da məhz bununla müəyyən edilir. Pişəvərinin milli hökumətinin süqutu isə onun 50 il dünyanı gərginlikdə saxlayan Qərb-Şərq qarşıdurmasının sınaq meydanına, soyuq müharibənin ilk çıxış nöqtəsinə çevrilməsi ilə bağlı idi. Çoxları izah etməyə çalışırlar ki, sovet rəhbərliyində Stalin, Beriya, Mikoyan kimi adamların olması buna mane oldu. Bunlar hadisələrin asan yozumundan başqa bir şey deyil. 1945-1946-cı illərin Azərbaycan məsələsi şəxslərin şıltaqlığından daha çox, beynəlxalq səngərləşmənin mərkəzi məsələsi idi.
- Hazırkı İran dövlətində tarixən Cənubi Azərbaycanda yaranmış Azərbaycan dövlətlərinin təcrübəsindən istifadə olunurmu?
- Bəzi istifadə edilən məqamlar var. Məsələn, İranda qadınlara seçki hüququ ilk dəfə olaraq Cənubi Azərbaycan Milli Məclisinə seçkilərdə verildi. İndi bu hüquqdan bütün İran qadınları istifadə edir. Yaxud müstəbid Rza şahın heykəlləri ilk dəfə olaraq 1945-1946-cı illərdə Cənubi Azərbaycanın hüdudlarında yıxıldı. İran İslam Respublikası bunu bütün İran ərazisində həyata keçirdi. Bu gün İranda həyata keçirilən sosial işlərin - yol çəkilməsi, körpü salınması, küçələrin abadlaşdırılması, hər iki valideynini itirmiş uşaqlar üçün pərvəriş evlərinin açılması kimi xeyirli əməllərin bünövrəsini Azərbaycan milli hökuməti qoymuşdu.
- Hazırda İran dövlətinin tərkibində azərbaycanlılarla bərabər digər xalqlar da yaşayırlar. Onlarla müqayisədə azərbaycanlılara qarşı ayrı-seçkiliyin, təqib və təzyiqlərin olmasına səbəb nədir?
- İranda rəsmi ayrı-seçkilik daha çox dini təməl üzərində qurulur: Müsəlman olanlar və müsəlman olmayanlar. Müsəlman əhalisi arasında milli kimlik müəyyənedici amil sayılmır. Dini etiqad birliyi və islami inanclar milli kimlik anlayışını arxa olana keçir. Lakin insanlar öz milli kimliklərinə tapındıqca bu məsələ daha qabarıq formada gündəliyə gəlir. Məsələn, bir neçə il əvvəl baş vermiş karikatura əhvalatı azərbaycanlıların milli hisslərinin nə qədər həssas olduğunu və necə böyük bir potensiala malik olduğunu ortaya qoydu. Bir şeyi nəzərə almaq lazımdır ki, İranda milli kimliyə görə iqtisadi ayrı-seçkilik yoxdur. Bir sıra məqamlarda bu, müəyyənedici amildir. Milli ayrı-seçkilik iqtisadi ayrı-seçkiliklə müşayiət edildikdə dağıdıcı qüvvəyə çevrilir. Bütün azadlıqların bünövrəsində iqtisadi azadlıqlar dayanır. İqtisadi azadlıq, mülkiyyət azadlığı olmadan qalan bütün azadlıqlar deklarativ xarakter daşıyır.
- Zaman-zaman İran dövlətçiliyinin idarə olunmasında, möhkəmlənməsində Azərbaycan türkləri də iştirak edib. Siz bu prosesdə azərbaycanlıların iştirakını, İran dövlətçiliyinin möhkəmlənməsində onların rolunu necə qiymətləndirirsiniz?
- İran onlar üçün vətən olub və bu gün də vətən olaraq qalır. Bu vətəndə onların payları var və bəzən səhv olaraq İranı ancaq farsların vətəni hesab edirlər. Əslində isə İran nə qədər farslarındırsa, bir o qədər də türklərindir. Vaxtilə qacarlar ona görə hakimiyyətdən getdilər ki, onlar millətləşmə əsrinin tələblərini anlamayıb özlərinə sosial dayaqlar yaratmadılar. Qacarların sonuncu nümayəndəsi Əhməd şah çox gənc yaşlarında Avropaya gedib ayrı bir dünyaya düşmüşdü. Amma çox təəssüf ki, Əhməd Mirzə o dünyanın yalnız eyş-işrət tərəfini görə bilmişdi. Qacar səltənəti üçün təhlükə yarananda bibisi, yəni Məmmədəli şahın bacısı Fəxürülsəltənə ona məktub yazıb dedi ki, gəlin bu taxt-taca sahib durun, əgər sahib durmasanız alacaqlar əlinizdən. O isə cavabında yazdı ki, “bibi, Allaha and olsun, İsveçrə bazarında göyərti satmaq İranda şah olmaqdan yaxşıdır”. Yaxud 1941-ci ildə müttəfiqlər İrana daxil olanda ilkin plan pəhləviləri devirib Qacar sülaləsini bərpa etmək idi. Lakin britaniyalıların gizli araşdırmaları zamanı məlum oldu ki, sonuncu Qacar şahzadəsi ölkədən o qədər uzaqlaşıb ki, hətta fars dilini belə bilmir.
Bunlar tarixdən elə də yaxşı nümunələr omasa da, bu bir həqiqətdir ki, İran dövlətçiliyinin ağırlıq yükü bir qayda olaraq türklərin çiynində olub və hətta bu yükü daşıyanlar bir çox hallarda öz milli kimliklərinə tapınmasalar belə.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir