Mirzə Sakit: “Məni hakimiyyətlə danışıqlara getməkdə suçlayanların şərəfsiz olmaları lazımdı” - MÜSAHİBƏ - FOTOSESSİYA
Bakı. Pərvin Abbasov – APA. “Azadlıq” qəzetinin əməkdaşı, satirik-şair Mirzə Sakitin (Sakit Zahidov) APA-ya müsahibəsi
- Mətbuatda “Azadlıq” qəzetinə və AXCP-yə yönəlik tənqidləriniz yer alıb. “Azadlıq” qəzetində axırıncı yazınız nə vaxt çap olunub?
- Mən keçən il aprelin 9-da həbsdən azad olunmuşam. Bundan bir müddət sonra yazılarım çap olundu. Sonradan isə mənə qadağa qoyuldu. Heç kim də mənə arqument göstərmədi ki, sən filan şeyə görə çap olunmursan. Belə arqumentlər oldu ki, guya mənim təhlükəsizliyimi təmin etmək məqsədilə çap eləmirlər. Gah dedilər ki, qəzeti məhkəməyə verə bilərlər. Sonra dedilər, yazılarınla bağlı Mətbuat Şurasından ərizələr gəlir. Sonra da dedilər ki, yazanda ad çəkmə. Mən də ad çəkmədən yazdım. Bu cür bir neçə yazımı təqdim etdim. Baxıb dedilər ki, ad çəkilməsə də, bu yazıların kimə ünvanlandığı bilinir. Dedim, əcəba, mən necə yazmalıyam? Axı yazı yazılanda kiməsə ünvanlanır. Etiraf edirəm ki, yazılarım çox sərt olub. Hətta onu da etiraf edirəm ki, təxminən 2005-ci ildə yazdığım yazılarda təhqir elementləri də olub. Buna görə sonra özüm də pis olmuşam. Çünki yazar təhqirə yol verməməlidir.
Hə, “Azadlıq”da yazılarım bir neçə dəfə dərc olunduqdan sonra konkret dedilər ki, daha sənin yazılarını verməyəcəyik. Dedim axı niyə belə eləyirsiniz, mən ən azından qonorar alıb ailəmi, külfətmi də dolandırmalıyam. Sonra da əlavə elədim ki, yaxşı, yazılarımı yumşaq tərzdə yazıb verərəm. Ancaq buna da razı olmadılar. Həmin vaxt aclıq aksiyası da keçirdim. Yenə də yazılarımı vermədilər.
Hətta qəzetin direktoru Azər Əhmədovla söz savaşına da çıxdım. Yeri gəlmişkən, həmişə mənə irad tuturlar ki, niyə ancaq Azər Əhmədovun adını çəkirsən? Məsələ burasındadır ki, mənim iradlarım olanda qəzetə məhz o rəhbərlik edir, tərs kimi qarmağıma həmişə Azər Əhmədov keçir. İndi də mənim bunları deməyimin səbəbi qeyzlənməyimdir. Belə ki, “AXCP-Müsavat” seçki bloku mənim namizədliyimi irəli sürüb. Seçki Dairəsinə təqdim etmək üçün lazımi sənədləri toplamalı idim. İş yerindən arayış üçün “Azadlıq” qəzetinin redaksiyasına müraciət etdim. Onu da deyim ki, mən hələ də “Azadlıq” qəzetinin əməkdaşıyam, cibimdə bu qəzetin vəsiqəsi var. Bundan başqa, məni hər yerdə bu qəzetin əməkdaşı kimi tanıyırlar. Əvvəlcədən qəzetin redaktoru Sücəddin Şərifova zəng etdim ki, DSK-ya təqdim etmək üçün arayış lazımdı. Getdim redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına. Ancaq redaksiyaya qalxmadım, ora çoxdandır getmirəm. Birinci mərtəbədə gözlədim, arayışı gətirdilər. Orada yazılmışdı ki, “ictimai əsaslarla qəzetə köşə yazıları yazıb”. Bəs mən həbsdə olanda yazırdılar axı “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit həbs olundu, dünyada hamı məni bu cür tanıyıb. Mənə verdikləri arayışı alıb oxudum, altından “Adam kişi olar!” yazıb qaytardım “Azadlıq” qəzetinə. Bundan sonra doğrudan da çox pis oldum ki, axı niyə namizədliyimi irəli sürməyimə maneçilik törədirlər? Bu, seçkiyə qatılmağıma birbaşa əngəl olmaqdır.
Deyirlər ki, guya mən “Azadlıq” qəzetinə qarşı çıxıram. Axı belə deyil! Ancaq nə olsun ki, bu qəzetin baş redaktoru mənim qardaşımdı? Qardaşlıq tamam ayrı şeydir, bura isə bizim iş yerimizdir. Axı mənim azacıq da olsa olan əməyimi niyə yerə vururlar? Gərək elə mən həbsxanada öləydim, sonra rəhmətlik Elmar Hüseynov kimi qabardaydılar? Sağ qalmışamsa, bu mənim günahımdı?
Almaniyada xarici işlər nazirinin müaviniylə görüşdüm, bunu da “Azadlıq” qəzetində vermədilər. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi təyin olunan Kristofer Ştrasserlə görüşdüm, o xəbəri də vermədilər. Xocalı soyqırımı ilə bağlı Hamburqda iki dəfə tədbir keçirdik, ümumilikdə 5 min imza toplayaraq şəhər meriyasına təqdim etdik ki, soyqırımla bağlı abidə qoyulsun. Abidə də qoyulacaq, biz buna nail olduq. Ancaq “Azadlıq” qəzeti bu cür ümummilli məsələyə aid xəbəri də vermədi. Bursada ədəbi görüşdə oldum, 100-ə yaxın türk şairlərə görüş keçirdim. Bu xəbəri də vermədilər.
Mənə beynəlxalq təşkilat tərəfindən ayrılmış 10 min avronun 5 minini onlardan çətinliklə aldım. Ümumilikdə 30 min avro vəsait ayrılmışdı, onun 10 min avrosu mənə çatmalıydı. Ancaq vermək istəmirdilər, çətinliklə pulun 5 min avrosunu ancaq ala bildim.
Mən ədalətsizlik hansı tərəfdən gəlirsə, ona qarşı çıxmalıyam. Bunun hökumət, müxalifət, iş yeri olmasının fərqi yoxdu.
- Sizə qarşı ədalətsizlik hansı tərəfdən gəlir?
- Olanlar onu deməyə əsas verir ki, bu adamlara göstəriş verilib. Göstəriş belə olub ki, Mirzə Sakitin adı o qəzetdə getməməlidir. Onlar da bu göstərişə əməl edir. Əgər bu sözün əksini deyirlərsə, arqument gətirib sübut etsinlər.
- Deyirsiniz göstəriş verilib. Göstərişi kim verib?
- Bilmirəm. Bir şeyi danışım. Bir dəfə redaksiyada Xaliq Bahadırla oturmuşdum. Azər Əhmədov girdi otağa, telefonunu göstərib dedi bax, mənə yenə mesaj gəlib ki, Mirzə Sakitin yazıları getməsin. Xaliq Bahadır da, mən də soruşduq ki, sənə kim sifariş verib bunu? Özü də tutuldu qaldı. Axı sən kimin sözüylə oturub durursan?
Məsəl var, deyir o dünyam da yanıb, bu dünyam da. İndi o dünyadan, yəni hökumət tərəfdən bütün qapılar üzümə bağlıdır. Bu biri tərəf də belə. Axı mən də yaşamalıyam, 5 övladım var…
Mən həbsdə olanda kiçik qızım güclü stress keçirib. Məhəllədə uşaqlardan kimsə ona deyib ki, atanı həbsxanada öldürəcəklər. Bu da balaca uşaqdır. Uşaq necə stress keçirmişdisə, gözləri zəiflədi, indi də sağalmayıb. Sonra mən həbsxanada olanda həyat yoldaşım xəstələndi. Axı biz əqidə yoldaşıyıq, məni necə körpünün yarısında atıb gedirsən? Belə olmaz axı! Həbsxanada olan vaxt evimin işığını kəsdilər, 10 gün işığımız olmadı, “Azadlıq”ın rəhbərinə zəng vurdum ki, 150 manat işıq pulu borcum var, ancaq onu ödəmədilər. Bu necə yoldaşlıq, dostluqdur? Qanuna qalsa, mən onları çıxandan sonra otuzdurub danışdırmalıydım ki, həbsdə olanda zəng vurub cəmi 150 manatlıq işıq pulunu ödəməyi xahiş elədim, onu da eləmədiniz. İnsanda siyasətçilikdən, yazarlıqdan başqa, bir kişilik də var axı... Axı onlar mənim həbsxanada yatmağıma görə imtiyazlar əldə elədilər, mən bunu gözəl anlayıram.
Mən bilmirəm, göstərişi kim verib. Ancaq fakt budur ki, məni işlədiyim qəzetdən heç bir səbəb olmadan qovublar. Deyiblər ki, çıx get, sən daha bizə lazım deyilsən. Ancaq göstərişi kim verib, hakimiyyətin hansı nümayəndəsi tərəfindən verilib, bunu bilmirəm. Səbəbini demirlər. Səbəbini desinlər, mən də deyim çox sağ olun. Səbəb də deməyəndə mən deyirəm ki, onlar dəlidirlərsə, mən onlardan da dəliyəm. Qabaqlar SSRİ vaxtında bir də görürdün kimsə nəyəsə etiraz eləyir, “dəli” damğası vururdular. Artıq bu, indi də olur. Dünən eşitmişəm ki, vaxtilə müxalifətin təəssübkeşi olan bir şəxs müxalifətin əleyhinə nəsə danışıb, ona “ruhi xəstə” deyiblər. Yəqin mənə də ruhi xəstə damğası vuracaqlar, indidən işimi bilim, gedim dəlilik kağızımı alım.
İndi “facebook”da başqa adlar altında gizlənən şəxslər məni “Azadlıq” qəzetinə qarşı çıxmaqda günahlandırırlar, təhqir edirlər. Bəzi adamlar hətta Ramil Səfərovun, Çe Gevaranın adıyla, şəkliylə “facebook”a girib tülkülük edirlər, “moşennik”in əlaltısına çevrilirlər. Mən də deyirəm ki, mən “Azadlıq” qəzetinə qarşı çıxmıram. Bu qəzeti sizdən də artıq sevirəm. Bu gün “Azadlıq” qəzetindən kimlərsə qazanc mənbəyi kimi istifadə edib insanları incik salırsa, mən o adamlara qarşı çıxıram. Mən o qəzeti doğrudan da çox sevirəm.
“Azadlıq”ın redaktoru mənə dedi ki, neynirsən yazırsan, get, seçkiqabağı gələrsən səni qabağa salarıq, yaxşı olar. Dedim ayıb olsun, mən sənin üçün Əhəd Abıyevəm, yoxsa Hafiz Hacıyev?
- Siz bütün bunları nə üçün indi danışmağınız barədə məlumat verdiniz. Ancaq Sizin əleyhinə danışdığınız şəxslər deyə bilər ki, Mirzə Sakit bunları sifarişlə danışır...
- Məni hakimiyyətlə danışıqlara getməkdə suçlayan adamların şərəfsiz olmaları lazımdı. Mən neyləyim ki, bunlar seçki vaxtına düşdü, mənə də arayış lazım oldu. Arayışı Qənimət verə bilməzdi. Çünki o deputatlığa namizədliyini irəli sürüb, Azər Əhmədov verməliydi. Arayış istədim, vermədi. Verdilərsə də, bunu ələ salmaq kimi elədilər. Yeri gəlmişkən, mən o arayışın surətini saxlamışam. Sizə də göstərə bilərəm.
- (arayışı göstərir, orada “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin və qəzetin baş direktoru Azər Əhmədovun imzası var. Aşağıdan isə “Adam kişi olar!” sözləri yazan Mirzə sakit imza atıb - müəllif) Axı burada Qənimət Zahidin də imzası var…
- İmza var?... Varsa, deməli hamısı kollektiv şəkildə məsələnin üstünə düşüblər. Bilirsiniz, mən nəyi demək istəyirəm? Qənimət bəyin bu hərəkatda, mücadilədə əvəzedilməz xidmətləri olub. Amma mən bugünkü Qəniməti əvvəlki kimi görmək istəyərdim. O mənim qardaşımdır, onu çox istəyirəm. Neçə illər qabaqkı kimi görmək istəyirəm.
- Siz AXCP-nin sıravi üzvü olsanız da, tanınmış simasız. Partiyanın qurultayında nə üçün çıxış etmədiniz?
- Orada mənim çıxış etmədiyimi özüm yox, başqaları istəyirdi. Ancaq çıxış üçün söz vermədilər. Bunun səbəbini qurultaydan sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdan soruşdum. Cavab verdi ki, sənin çıxışın axıra düşmüşdü. Dedim yox, mənim çıxış etmək istəməyimlə bağlı yazılmış kağız çıxışçıları yazanlara çatandan sonra 6-7 adam çıxış elədi, ancaq mənə söz verilmədi. Bunun səbəbi mənə aydın olmadı. Beləcə, çıxış edə bilmədim.
- Sizcə söz verilməməsinin səbəbi nə idi?
- Vallah bilmirəm. Hər halda istəməyiblər, söz verməyiblər. Mən parlament seçkisindən sonra Almaniyaya qayıdacağam. Bundan əvvəl isə Bakıda mətbuat konfransı keçirərək sizə dediklərimi orada da deyəcəyəm. Başqa şeylər də var, onları da deyəcəyəm.
- Nəyi deyəcəksiniz?
- İndi yox, vaxtı çatanda deyəcəyəm.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir