Bank Of Baku

MTRŞ efir monitorinqinin nəticələri əsasında hesabat hazırlayıb

MTRŞ efir monitorinqinin nəticələri əsasında hesabat hazırlayıb
# 09 sentyabr 2011 13:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Telekanallardakı dublyajlar o qədər də pis təsir bağışlamır, tərcümələr əsasən normaldır, lakin aktyorların ifasında, səsləndirməsində qüsurlar çoxdur. Bəzən bir neçə obrazı nitqini eyni aktyor ifa edir, eyni səs səsləndirir. Bəzi hallarda isə səsləndirən aktyorlar tələsir”. APA-nın məlumatına görə, bu fikirlər Milli Televiziya və Radio Şurasının “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi əsasında milli efirin monitorinqinin nəticələri əsasında hazırlanan hesabatda yer alıb.

Milli Televiziya və Radio Şurasının sədri N. Məhərrəmli bildirib ki, dublyaj filmlərində çox vaxt səslər qarışır, ton dəyişmir, dialoq süni gedir, sözlər filmdəki aktyorun mimikasına uyğun gəlmir, bəzən isə gecikmələr olur.

N. Məhərrəmov deyib ki, bütün bunlara baxmayaraq xarici filmlərin ana dilində səslənməsi böyük hadisədir. Qüsurlar isə tədricən aradan qaldırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR