Bank Of Baku

Azərbaycan Mətbuat Şurası mətbuatda ümumi tendensiyaların müəyyənləşdirilməsi üçün keçirdiyi ilk monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan Mətbuat Şurası mətbuatda ümumi tendensiyaların müəyyənləşdirilməsi üçün keçirdiyi ilk monitorinqin nəticələrini açıqlayıb
# 07 fevral 2008 13:36 (UTC +04:00)
Şuradan APA-ya daxil olan məlumatda monitorinqin bu ilin yanvar ayını əhatə etdiyi bildirilib. Mlnitorinqdə gündəlik və həftəlik çıxan 25 aparıcı nəşrdən istifadə edilib. Bunlar “Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq”, “GünSƏHƏR”, “Exo”, “Şərq”, “Səs”, “Ədalət”, “Bakı xəbər”, “Xalq Cəbhəsi”, “Olaylar”, “Respublika”, “Ekspress”, “İki sahil”, “Mərkəz”, “Yeni Azərbaycan”, “İmpuls”, “Paritet”, “Palitra”, “Kaspi”, “Xəzər”, “Reytinq” qəzetləridir.
Monitorinqdə mətbuatın daha çox hansı yönümlü materialara üstünlük verdiyi, informasiyaların alındığı mənbələr və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulması halları araşdırılıb.

1. İnformasiyaların yönümünə görə təsnifatı:

H

İnformasiyanın yönümü

İnformasiyanın

miqdarı

1

Siyasi

6321

2

Sosial

9044

3

İqtisadi

4925

4

Mədəniyyət-incəsənət

3548

5

Rəsmi

3643

6

Təhsil

4352

7

Kriminal

3967

8

İdman

4540

9

Tibb

1229

10

Dini-mənəvi

1206

11

Şou-biznes

2781

12

Beynəlxalq

3969

13

KİV-lə bağlı

1627

14

Hərbi

1385



Cədvəldə ümumilikdə 52537 material təsnif edilib.

2. Monitorinqi aparılan KİV-lərin məlumat mənbəyi:

H

Məlumatın

mənbəyi

Məlumatın sayı

1

Dövlət qurumları və özünüidarəetmə orqanları

9081

2

İctimai təşkilatlar, QHT-lər

6682

3

Partiyalar

3486

4

Yerli KİV-lər

12967

5

Beynəlxalq xəbər agentlikləri, saytlar

2712

6

Mənbənin göstərilməməsi,

gizli mənbə

83



Monitorinqi aparılan qəzetlərdə ay ərzində dərc edilən informasiyaların ümumi sayı 35011-dir.
Media dövlət qurumlarından alınan məlumatlara daha çox üstünlük verir. QHT-lər və ictimai təşkilatlarla əlaqədar 6682 informasiyanın təqribən 90 faizi həmin qurumların press-reliz, yaxud bəyanatları əsasında qələmə alınıb.
Jurnalistlərin partiyaların fəaliyyəti ilə əlaqədar informasiyalardan faydalanmaq faizi aşağıdır. Onlar partiyalarla bağlı şərhlərə və təhlillərə üstünlük verir, bəzən bir-birinin materiallarını müxtəlif şəkillərə salmaqla dərc edirlər.
Ölkəmizin aparıcı nəşrləri daha çox “Azəri Press” İnformasiya Agentliyinin (APA) məlumatlarından yararlanıblar. Məsələn, “Xalq Cəbhəsi” qəzetinin 12 yanvar 2008-ci il sayında gedən xəbərlərdən 43-ü bu agentliyin payına düşür.
Mətbuatımızda mənbənin göstərilməməsi, gizli mənbəyə istinad əvvəlki dövrlərə nisbətən azlıq təşkil etsə də, belə hallar hələ də qalmaqdadır. İlk baxışda mənbənin göstərilməməsi onun gizli saxlanılması kimi başa düşülsə də, monitorinqi aparılan mətbu orqanlarda bu iki xətt bir-birindən fərqlənir. Bəzən qəzetlər doğruluğu şübhə doğurmayan informasiyanı dərc edir, ancaq onlardan biri və ya bir neçəsi informasiyanın mənbəyini açıqlayır, digərləri bunu etmir. Hər şey adi görünsə də, məsələyə sırf peşəkarlıq nöqteyi-nəzərdən yanaşıldıqda belə halların yolverilməzliyi aydın olur. Monitorinqdə bu sayaq və gizli mənbədən alındığı iddia olunan məlumatlar eyni götürülüb. Maraqlıdır ki, qəzetlər daha çox ikinciyə meyl göstəriblər.
Yanvar ayı ərzində gizli mənbənin məlumatından faydalanmaq praktikası “Reytinq” qəzeti üçün xarakterik olub. Monitorinqdə bu kateqoriya üzrə qeydə alınan 83 informasiyanın 60 faizindən çoxu sözügedən nəşrin payına düşür. “Azadlıq”, “Yeni Müsavat” kimi qəzetlərdə də bu praktikadan istifadə edilib. Ümumiyyətlə, mövcud hüquqi aktlar mediaya məlumatı verən mənbənin, şəxsin kimliyinin gizli saxlanılmasını qadağan etmir. Amma bunun nə dərəcədə lazımlı olduğu nəzərə alınmalıdır. Əgər bir nəşrin informasiyalarının əksər hissəsi gizli mənbələrdəndirsə, bu zaman həmin məlumatların doğruluğu da şübhə yaradır, qəzetin belə dəst-xəttə üstünlük verdiyi aydın duyulur. Qeyd edilməlidir ki, əksər hallarda gizli mənbənin materilları KİV-in məhkəməyə cəlb olunmasını şərtləndirən başlıca səbəbə çevrilir.

3. Jurnalistlərin Peşə Davranışı Qaydalarına riayət edilməsi:


Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları

Prinsip

lər





I

II

III

IV

Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

İnformasiya qaynaqlarına sayğılı yanaşma

Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı

Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması


Bəndlər





1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas reşəkarlıq meyarıdır.

1.2 jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsirinə əməl edilməlidir.

1.3 Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.

2.1 Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə əməl etməlidir. İnformasiya qaynağının gizliliyi-məlumat cəmiyyəti çaşdırmaq məqsədilə verilməyibsə-qorunmalıdır.

2.2 Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və s.) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir.

3.1 Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. 3.2 jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsirinə hörmətlə yanaşmalıdır.

4.6 Plagiat yol verilməzdir. 4.7 Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır.

1.1

1.2

1.3

2.1

2.2

3.1

3.2

4.6

4.7



Pozun

tuların sayı

8

96

19

83

35

2

17

0

27



Yanvar ayı ərzində monitorinqi aparılan qəzetlərdə peşə prinsipləri 287 dəfə pozulub.
Ən çox pozulan prinsip “həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipdir. Bu prinsipin mütəmadi pozulan bəndi 1.2-dir. Ötən ay bir çox materiallarda balans prinsipi tam dolğunluğu ilə gözlənilib ki, belə nümunələrə ən bariz misal kimi “Ekspress” qəzetinin 15 yanvar 2008-ci il tarixli sayında gedən “Masallı ziyalıları icra başçısından şikayətçidirlər” sərlövhəli yazını göstərmək mümkündür. Nəşr tənqid olunan tərəfə öz fikirlərini çatdırmaqda geniş imkan yaradıb. Təqdirəlayiq haldır ki, bu zaman şikayət edən tərəflə tənqid olunan tərəfin fikirlərinə bərabər həcmdə yer ayrılıb. Qeyd edək ki, əksər hallarda qəzetlər tənqid olunan tərəfin fikrini çox qısa şəkildə çatdırırlar ki, bu da peşəkarlıqdan çox, müəyyən mənada peşəkarlığın imitasiyasına bənzəyir.
Monitorinq müddətində KİV-in balanslı informasiya vermək istəyinə maneçilik törətmə halları ilə əlaqədar faktlarda “Turan” İnformasiya Agentliyi əməkdaşının Qobustan həbsxanasının rəhbərliyindən məlumat ala bilməməsi daha çox diqqəti cəlb edir. Əlbəttə, bu kimi hallar KİV-lərin balanslı xəbər təqdim etmək marağına zərbə vurur.
Şərhlə verilən məlumatlarda həmişəki kimi say göstəricisi müşahidə olunmaqdadır. Əlbəttə, belə hallar yolveriləndir, amma o halda ki, prinsiplərdə də deyildiyi kimi, oxucu həmin şərhin jurnalistin öz mövqeyi olduğunu anlasın. Bu baxımdan “Reytinq” qəzetinin 13 yanvar 2008-ci il tarixli sayında gedən “Maliyyə naziri əmanətçiləri məyus edib” sərlövhəli yazısı diqqəti cəlb edir. Materialda maliyyə naziri S.Şərifovun fikirlərinə müxbir tərəfindən edilən əlavə oxucunu çaşdırır, onun məsələnin mahiyyəti ilə obyektiv məlumatlanmasına mane olur.
Peşə Davranışı Qaydalarının 2.2 bəndi əhatəli görünsə də, onun yalnız 2 tələbi monitorinqin predmeti olub: a) başqa mətndən və ya çıxışdan sitat gətirilərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir; b) yazıların sərlövhəsi onun məzmununa uyğun gəlməlidir. Demək lazımdır ki, bu bölümdə qeydə alınan 35 pozuntunun üçdə ikisi “b” bəndinin payına düşür. Bəzən elə sərlövhələrə rast gəlinir ki, mətndə göstərilən məsələlərə aidiyyatı olsa da təfərrüatlarında sanki başqa hadisədən söhbət açılır.
“Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”. Bu prinsipin cədvəldə yer alan 2 bəndindən ən çox pozulanı 3.2-dir. Əslində şərəf və ləyaqət anlayışları fərdi səciyyə daşıdığından təhqir elementlərinin müyyənləşdirilməsi daha çox konkret şikayətin araşdırılması gedişində mümkündür. Monitorinqi aparılan qəzetlərdə bu sayaq hallara yol verilib. Hərçənd belə məqamlar əvvəlki illərdə olduğu kimi jarqon və vulqar ifadələrlə müşaiyət olunmur.
Cədvəldə AJPDQ-nın 4-cü prinsipi üzrə 2 bənd yer alsa da, onların yalnız biri (4.7 ) üzrə pozuntu faktları qeydə alınıb. “Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır”. Bu tələbin pozulmasına ən çox müxtəlif köşə yazılarında, ayrı-ayrı müəlliflərin təhlillərində rast gəlinib. Ümumiyyətlə, Peşə Davranışı Qaydalarının 3.2 bəndi üzrə pozuntu faktlarının əskəriyyətində 4.7 bəndin də tələblərinin pozulması xarakterikdir.
Monitorinq müddətində plagiat faktı qeydə alınmayıb. Amma mətbuatımızın hazırkı durumunda bu məsələ aktuallığını saxlamaqdadır. Dəfələrlə “Azəri Press” (APA) və digər informasiya agentliklərinin hansısa nəşrin onların informasiyalarından istinad mənbəyi göstərmədən faydalandığı ilə bağlı bəyanatlar yaydıqlarının şahidi olmuşuq. Bununla yanaşı, Şuraya daxil olan şikayətlərin müəyyən qismi də belə hallarla bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR