Türkiyəyə müalicəyə gedən xaricilər arasında Azərbaycan vətəndaşları üçüncü yer tutur

 Türkiyəyə müalicəyə gedən xaricilər arasında Azərbaycan vətəndaşları üçüncü yer tutur
# 13 dekabr 2013 10:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə səhiyyə nazirinin məsləhətçisi Əhməd Cömərt bildirib.

Onun sözlərinə görə, orta hesabla hər il Azərbaycandan Türkiyəyə sağlamlıq turizmi üçün 10 min nəfər gəlir: “Türkiyədə hər il təqribən 500 min xarici vətəndaş müalicə alır. Azərbaycanda müalicə almaq üçün gələn vətəndaşlar bu siyahıda üçüncü yer tuturlar. Birinci yerdə Almaniya, ikinci yerdə Liviya, ondan sonra isə sıralamada Azərbaycan və İraqdan olan xəstələr gəlir. Üstəlik azərbaycanlı qardaşlarımız üçün müəyyən endirimlər var”.

Türkiyə səhiyyə nazirinin məsləhətçisi bildirib ki, azərbaycanlı xəstələr əsasən göz, diş, ürək problemləri ilə Türkiyə klinikalarına müraciət edirlər: “Azərbaycandan olan vətəndaşlar ən çox ürək problemləri ilə və xərçəng xəstəliyi ilə müraciət edirlər. Estetik əməliyyatlar üçün müraciət edənlərin sayı da çoxalır. Çünki plastik əməliyyatları ancaq ixtisaslanmış xəstəxanada edə bilərsiniz. Əgər siz bir dəfə plastik əməliyyat etsəniz və sonradan nəticələri bəyənməsiniz, təkrar əməliyyat edə bilməzsiniz”.

Ə.Cömərt eyni zamanda əlavə edib ki, Ermənistan vətəndaşları da Türkiyədə müalicə almaq üçün gəlirlər, lakin onların sayı kifayət qədər azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR