S&P 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb

S&P 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb
# 20 sentyabr 2016 23:22 (UTC +04:00)

Bakı-APA. S&P Global Ratings (S&P) beynəlxalq reytinq agentliyi 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yenilənmiş proqnoza əsasən, 2016-cı il üçün “Brent” və WTI markalı neftin bir barelinin qiyməti 40 dollardan 42,5 dollaradək qaldırılıb.

Agentlik hesab edir ki, neftə olan tələbatın artması yaxın bir neçə il ərzində qeyri-stabil olacağına baxmayaraq, müsbət qalacaq.

“Neftin hazırkı bolluğu orta müddətli və uzaq müddətli perspektivdə artıq müşahidə olunmayacaq”, - deyə məlumatda qeyd olunur. Bu yeni layihələrin azlığı və yataqların tükənməsi ilə izah olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR