Ötən il Azərbaycanda terrorçuluq barədə yalan məlumat verən 28 şəxs barəsində tədbir görülüb

Ötən il Azərbaycanda terrorçuluq barədə yalan məlumat verən 28 şəxs barəsində tədbir görülüb
# 03 mart 2016 14:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycan hüquq-mühafizə orqanlarına müxtəlif yerlərə bomba qoyulması ilə bağlı 48 məlumat daxil olub. APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, il ərzində körpülərə, ticarət mərkəzlərinə, yanacaq doldurma məntəqələrinə, inzibati binaların girişinə “partlayıcı qurğu” qoyulması barədə Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinə daxil olmuş 48 məlumatın hər birinə adekvat reaksiya verilib: “Keçirilən tədbirlər nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən 28 şəxs müəyyən olunub, fakt üzrə başlanan 17 cinayət işindən 7-nin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Terrorçuluq barədə bilə-bilə yalan məlumat verilməsinin qarşısının alınması üçün yerli icra hakimiyyəti və aidiyyəti dövlət orqanları ilə birgə KİV-də ümumtəhsil, orta ixtisas və texniki peşə məktəblərində, ali təhsil müəssisələrində zəruri profilaktik tədbirlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR