Azərbaycanda "İnvestisiya fondları haqqında" qanuna əlavələr edilib

Azərbaycanda "İnvestisiya fondları haqqında" qanuna əlavələr edilib
# 06 oktyabr 2015 10:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin plenar iclasında “İnvestisiya fondları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "İnvestisiya fondları haqqında" Qanunun 46.25-ci maddəsinə yeni əlavələr təklif olunub.

Yeni əlavəyə əsasən, səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

Sənəd səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR